GündəmManşet

Azərbaycan danışıqlardan imtina etdi: Ermənilər bölgəyə qoşun yığır

Xəbər verdiyimiz kimi, bu gün Rusiya sülhməramlılarının nümayəndəsi Rüstəm Muradovun iştirakı ilə Azərbaycan və Ermənistan hərbçiləri arasında danışıqlar keçirilməli idi. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusunun sərhəddlərimizi bərpa etməsi ətrafında gedən danışıqlar mayın 12-dən başlayıb və bu günə kimi nəticəsiz qalıb.

Belə ki, Azərbaycan tərəfi dövlət sərhəddlərini bərpa edərək, Laçın rayonunun bir neçə kəndində, o cümlədən Qara göl Dövlət Qoruğunda, bundan başqa Kəlbəcər rayonunun bir çox ərazilərində hərbi postlar qurublar. Ermənistan tərəfi iddia edib ki, guya, həmin ərazilər onlara məxsusdur və bu səbəbdən də əsassız yerə gərginlik yaratmağa çalışırlar.

Qeyd edək ki, bu gün saat 14:00-da keçirilməsi nəzərdə tutulan görüş baş tutmayıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan tərəfi danışıqlarda iştirak etməkdən imtina edib və mövqelərini tərk etməyəcəklərini bildiriblər.

Ermənistan Müdafiə Nazirliyi isə bununla bağlı açıqlama yayaraq, Azərbaycan hərbçilərinin danışıqlara gəlmədiyini qeyd edib. Erməni tərəfi bildirib ki, bununla bağlı Azərbaycan tərəfinə əvvəlcədən məlumat verilsə də, onlar görüşə qatılmayıblar.

Bu əsnada məlum olub ki, Ermənistan tərəfi Sünik, Cermux və Vardenis istiqamətlərindəki sərhəddlərinə ordu yığmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib. Oradan bildirilib ki, son iki gündə bölgəyə əlavə qüvvələr gətiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button