GündəmManşet

Azərbaycan əsgərləri erməni kəndlərindəki dükanlardan alış-veriş edirlər?

“Düşmən (burada Azərbaycan Ordusunu nəzərdə tutur-red.) bütün sərhədd boyu aktiv mühəndis istehkam işləri aparır. Eyni zamanda, zəruri və dəiqiq olan hərəkətlər edir ki, bununla da Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Sünik vilayətində iki istiqamətdə işlər aparır. Sərhəddə onlar psixoloji təzyiqlər göstərirlər. Bunu da mühəndis-istehkam işləri ilə edirlər. İrəliyə gedirlər, davamlı olaraq havaya atəş açaraq gərginliyi saxlayırlar. Bununla yanaşı, Azərbaycan əsgəri sərhəddə yaxın məntəqələrə gələrək, yerli əhalidən alış-veriş edirlər. Hətta bu zaman hər şeyi alırlar, onlara lazım oldu, olmadı. Əvəzində məhsulun qiymətindən artıq pul təklif edirlər. Bütün bunlar gözümüzün önundə baş verir. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti yatıb”.

P.S. Qeyd edək ki, ermənilərin belə isterik açıqlamaları son zamanlar çoxluq təşkil edir. Bu açıqlamalar əsasən yalandan ibarət olsa da, birbaşa daxili auditoriyaya hesablanıb. Çünki Ermənistan müxalifəti ölkədə belə bir rəy yaratmağa çalışır ki, Azərbaycan əsgəri nəinki Qarabağdadır, həm də Sünik vilayətinin kəndlərində də istədiklərini edirlər. Onlar bununla cəmiyyətdə etirazları artırmağa çalışırlar.

Vaqe Akopyanın birinci yalanı odur ki, Azərbaycan əsgəri Ermənistanla sərhədd kəndlərini nə atəşə tutub, nə də atəşə tutur. Əksinə, bölgədə sabitliyi təmin etmək üçün ən maksimum səbr nümayiş etdirir. Hərçənd ermənilər bir müddət əvvəl üzərində “Azərbaycana xoş gəlmisiz” sözü yazılmış tablonu gülləbaran etmişdilər.

Akopyanın ikinci yalanı odur ki, Azərbaycan əsgərlərinin sərhəddə bitişik Sünik vilayətinin kəndlərinə getməsi mümkün deyil. Ən azından ona görə ki, komandalıq tərəfindən buna qadağa qoyulub. Hətta komandanlıq belə bir icazə versə belə, ermənilərin Azərbaycan əsgərindən qorxmasına gərək yoxdur. Çünki Azərbaycan əsgəri nə qatildir, nə də adam yeyən. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button