ManşetÖlkə içi

Azərbaycan əsas yola çıxan bütün erməni kəndlərinin girişində gömrük qurur

Dünəndən etibarən Azərbaycan tərəfi Qafan-Gorus yolunun üzərində yerləşən və bu yola çıxışı olan bütün kəndlər istiqamətində yeni gömrük keçid məıntəqəsi inşa etməyə başlayıblar. JAMAZ.İNFO xəıbər verir ki, hazırda bu işlərdən biri Sünik rayonunun Çakaten kəndi istiqamətində həyata keçirilir.

Erməni mediasının yaydığı məlumata görə, Qafan rayonuna gedən yolun üstündəki Çakaten kəndindən əsas yola birləşən istiqamətdə inşa edilən gömrük məntəqəsi oradan ermənilərin yoxlanılaraq, keçməsini təmin etmək üçün nəzərdə tutulub.

Həmin kəndin icma rəhbəri Ara Arutyunyan deyib ki, Azərbaycan tərəfi həqiqətən də Çakatenin girişində gömrük-nəzarət məntəqəsi tikir. “Onlar nəsə qazırlar, kran gətirdilər, iş gedirdi, amma bunun nə olduğunu bilmədim. Sonradan məlum oldu ki, gömrük tikirlər”.

O bildirib ki, hazırda tikinti gedən ərazidən keçən yol Çakatenlə Qafanı birləşdirən yeganə yoldur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button