“Jirayr Liparityan Ermənistanda tanınmır. Bütün karyerası boyu Artsaxın Azərbaycana verilməsinin tərəfdarı olub”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, proses Sünik vilayətinin təhvil verilməsinə hazırlıqdır. “Lipartiyanın beynində olan başqa bir plandır. Adi yoldan fərqli olan, koridor olmayan yol vermək lazımdır. Düzdür, dəhliz verməyə ehtiyacımız yoxdur. Amma problem ondadır ki, çox gecikdirsək, verməsək belə, gəlib, götürəcəklər”.
İşxanyan qeyd edib ki, hazırdaJirayr Liparityanın Ermənistanda arzuolunmaz şəxs elan edilməsi məntiqsizdir. “O, çox sərbəst şəkildə növbəti kapitulyasiyanı təbliğ edir. Dedikəri təsadüfdürmü? Əminəm ki, yox. Bu, baş nazirlə razılaşdırılıb. O da xüsusi tapşırıqla hamımızı növbəti güzəştlərə hazırlayır. Bu da Sünik dəhlizi adı ilə təhviul vermə olacaq”.