GündəmManşet

Aslan Rubayev: “Rusiya danışıqlarda Ermənistanın itkilərini minimuma endirmək istəyir”

“Qərb gözəl informativ mənzərə üçün bu münaqişənin həllində vasitəçi kimi çıxış etmək istəyir. Avropalılar və amerikalılar üçün bu danışıqların nəticəsinin nə olacağı önəmli deyil, önəmli olan gözəl informativ örtük yaratmaqdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Avrasiyaşünaslıq üzrə ekspert Aslan Rubayev Alphanews.am saytına müsahibəsində deyib.

O iddia edib ki, indiki şəraitdə Rusiyanın dediklərinə qulaq asmaq lazımdır. “Çünki Qərb sammitləri zamanı tərəflər razılığa gəlsələr də, bir müddət sonra yenidən toplar danışmağa başladı. Rusiya anlaşmanın hansı şərtlərlə imzalanacağını anlamaq istəyir. Ona görə də, tələsik qəbul edilən qərarların əleyhinədir. İndi mövcud olan şəraitdə Ermənistan sadəcə olaraq təslim olmalı və əvvəldən ermənilərin yaşadığı bir sıra əraziləri təhvil verməlidir”.

Rubayevin fikrincə, amerikalılar və avropalılar Azərbaycana “yol verir”, Rusiya isə Ermənistanın itkilərini minimuma endirməyə çalışır. “Rusiya münaqişənin həlli və müqavilənin imzalanması üçün Ermənistanın itkilərini minimuma endirəcək belə bir plan qurmağa çalışır. Və Ermənistan üçün fəlakətli şərtlərlə indi imzalansa, növbəti müharibə də dağların arxasında olmayacaq. İndi gördüyüm vəziyyətdən yeganə çıxış yolu münaqişəni dondurmaq və danışıqlar prosesini mümkün qədər uzun müddət diri saxlamaqdır”.

Qeyd edək ki, Aslan Rubayev uzun zamandır “Regnum” agentliyində çalışır və Azərbaycana qarşı təxribatçı mövqeyi ilə tanınır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button