GündəmManşet

Armen Qriqoryan: “Ermənistan ordusu sentyabrda Qarabağdan çıxacaq”

“Müharibə zamanı Ermənistan ordusunun bir sıra bölmələri Qarabağdakı “müdafiə ordusu”nun köməyinə gəldi. Atəşkəs əldə ediləndən və Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Qqarabağdan çıxarılması tamamilə təbiidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Amenpress” agentliyinə müsahibəsində deyib.  

Onun sözlərinə görə, Ermənistan ordusunun Qarabağdan çıxarmaq, Qqarabağaı müdafiəsiz qoymaq deyil. “Əvvəllər Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyalarını Qqarabağdakı “müdafiə ordusu” yerinə yetirirdi. İndi də bu baxımdan heç nə dəyişməyib. Lakin qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi təhlükəsizliyin təminatı olmalıdır”.

Qqriqoryan Fərrxu hadisələrinə də toxunub. O iddia edib ki, guya, həmin olay 10 noyabrrazılaşmasının pozulmasıdır. “Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olub. Rusiya bizi əmin etdi ki, Azərbaycan qüvvələri oradan çıxarılmalıdır və biz ümid edirik ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan birləşmələrinin çıxarılmasını təmin edəcəklər”.

“Armenpress”in “Qarabağda Ermənistan Silahlı Qüvvələrinin çağırışçıları müqaviləli əsgərlərlə əvəzlənir, yoxsa Ermənistan Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağı tərk edir” sualına cavab olaraq şuranın katibi bildirib ki, Ermənistan ordusu Qarabağdan çıxacaq. “Müharibə nəticəsində Ermənistan bir sıra hərbi bölmələri “müdafiə qüvvələri”nə kömək etmək üçün Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistana qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. “Müdafiə ordusu”na gəlincə, o, Qarabağda olub və orada qalmaqda davam edir”.

Qriqoryan bildirib ki, bu ilin sentyabrından etibarən Qarabağda Ermənistandan hərbi xidmətə çağırılmış çağırışçılar olmayacaq. “Amma Qarabağdan aldığımız məlumata görə, Qarabağdan çağırışçılar əvvəlki kimi hərbi xidmətə çağırılacaqlar. Müqavilə ilə qulluq edənlərə gəlincə, istər keçmişdə, istərsə də hazırda müqaviləli əsgərlər də xidmət edəcəklər. Ermənistandan müqavilə ilə gələn əsgərlər Qarabağ “müdafiə ordusu”na çağırılmır. Lazım gələrsə, Qarabağ onların işə götürülməsini yerindəcə təşkil edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button