ManşetÖlkə içi

Armen Qriqoryan: “Azərbaycanın Laçın dəhlizini başqa marşrutla əvəz etmə tələbi əsassızdır”

“Azərbaycanın Laçın dəhlizi boyunca Qarabağın Ermənistanla əlaqəsini başqa marşrutla əvəz etmək tələbi əsassızdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.

O deyib ki, Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan Prezidentinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin yaradılması və istismarı ilə bağlı məsələləri müəyyən edən 6-cı bəndi Ermənistanla aşağıdakıları bildirir: “Tərəflərin (o zaman Rusiya Federasiyası, Ermənistan və Azərbaycan) razılığı ilə yaxın üç il ərzində Laçın dəhlizi ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni nəqliyyat marşrutunun tikintisi planı hazırlanacaq”.

Qriqroyan bildirib ki, həmin yolun təhlükəsizliyinə Azərbaycan cavabdehlik daşıyır. Yolu isə ruslar qoruyacaqlar. “Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ ki, razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur”.

Onun sözlərinə görə, Ermənistanı Laçın dəhliziylə birləşdirən Kornidzor-Tex-M12 avtomobil yolunun yenidən qurulması işlərinə başlayıblar. “Lakin nəzərə alın ki, üçtərəfli bəyanatda yeni marşrut xəttinin çəkilməsi planından bəhs edilir. Belə razılaşdırılmış plan yoxdur. Ermənistan artıq üçtərəfli formatda planı əlaqələndirmək və imzalamaq və razılaşdırılmış qrafikə və yol xəritəsinə uyğun olaraq irəliləməyi təklif edib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə məhz bu nəzərdə tutulur”.

P.S. Bunlar yenə qurudublar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button