ManşetSiyasət

Armen Badalyan: “Aksiya keçirilən ərazi Ermənistanın deyil, Azərbaycanındır”

“Xaricdəki müştərilər sifarişi artırmağa davam etdikcə, Ermənistanda baş verən anti-Rusiya əhval-ruhiyyəsi dalğası davam edəcək”. JAMAZ.İNFO xəbər verir ki, texnoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, bütün anti-Rusiya bəyanatları və etirazları “kənardan” idarə olunur və Ermənistan hakimiyyəti onların həyata keçirilməsi yolunda sadəcə alətdir. “2018-ci ildə hakimiyyətə gələn siyasi qüvvənin qarşısında 3 vəzifə var idi: Qarabağı Azərbaycana vermək, anti-Rusiya qüvvələr yaratmaq və nəticədə Ermənistanı Aİİ və KTMT-dən çıxarmaq”.

Badalyan bildirir ki, birinci məsələ qismən yerinə yetirilib. “Qarabağın bir hissəsi Ermənistanın Rusiya sülhməramlı qoşunlarının ora yerləşdirilməsi nəticəsində saxlanıla bildi. İndi onlar onun həyata keçirilməsinin ikinci mərhələsi başlayır. Bu, sülhməramlıları nüfuzdan salmaq, onlar nəyin bahasına olursa-olsun zərərsizləşdirmək, sonra isə onları Qərb sülhməramlı qüvvələri ilə əvəz etməkdir”.

Erməni ekspertin fikrincə, Ermənistanda anti-Rusiya təbliğatı dalğasının yayılması Rusiya tərəfinin Ukraynada qeydə aldığı müəyyən uğursuzluqlarının birbaşa nəticəsidir. “Nə qədər ki, Rusiya geosiyasi proseslərlə məşğuldur və Ermənistan hakimiyyətinin “qulağını çəkməyə” vaxtı yoxdur, Qərb Ermənistana təzyiqlərini artırmağa və Azərbaycanla sülh müqaviləsi imzalamağa tələsir. Çünki Rusiyanın aqibətinin Ukraynada necə olacağı məlum deyil. Eyni zamanda, Ukrayna böhranı varkən rus sülhməramlıları Qarabağı tərk etməli, ruslar Qafqazdan getməlidir”.

Lakin Badalyan hesab edir ki, bütün bunlara rəğmən, Rusiya bölgəni tərk etməyəcək. “Düzdür, Ermənistan hakimiyyətinə qarşı siyasətinin sərtləşməsi ilə də məşğul olmayacaq. Onlar hələ gözləmə vəziyyətindədir, ləngiməkdədir. Ukraynadakı vəziyyətə aydınlıq gələnə qədər bu, belə davam edəcək”.

Onun sözlərinə görə, Qarabağdakı ermənilərin qalması üçün yeganə çıxış yolu rus sülhməramlılarının orada qalmasıdır. “Bu baxımdan Rusiya sülhməramlı kontingentinin alternativi yoxdur. Və beynəlxalq sülhməramlılar yerləşdirilsə, Qarabağdakı ermənilərin sayının azalmayacağına da zəmanət yoxdur. O da aydındır ki, Qarabağ əhalisi, eləcə də Azərbaycan beynəlxalq sülhməramlıların yerləşdirilməsinə qarşı çıxacaq. Ona görə də bu ideya iflasa məhkumdur”.

Laçın dəhlizinin açılması məsələsinə də münasibət bildirən siyasi texnoloq qeyd edir ki, həmin yolun zorla açılması məsələsində ruslara belə bir mandat verilməyib. “Birincisi, güc tətbiqi 10 noyabr 2020-ci il tarixli sənədə ziddir. İkincisi, hazırda azərbaycanlıların bağladığı yol Ermənistan ərazisi deyil. 2 il ərzində Ermənistan hakimiyyəti ora daha bir yol çəkməyə borclu idi. Bağlanan həmin ərazi noyabrın 10-da imzalanmış razılaşmaya əsasən Azərbaycana verilməli idi və Ermənistan hakimiyyəti yeni dəhliz tikmək əvəzinə, yerində sayırdı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button