ManşetSiyasət

Armen Ayvazyan: “Türkiyədəki zəlzələdən sonra əlimizə yaxşı fürsət düşüb, təcili addım atmalıyıq”

“Türkiyə zəlzələdən ağır zərbə alıb. Bəzi hesablamalara görə, dəymiş ziyanın məbləği 80-90 milyard ABŞ dolları həcmində qiymətləndirilir və təbii ki, yaxın gələcəkdə bütün diqqəti bu zərərin bərpasına və zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək”.

JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi erməni tarixçi və siyasətşünas Armen Ayvazyandır. Onun sözlərinə görə, belə bir vəziyyətdə Türkiyənin regionda böyük iddialı addımlar atmaq istəməməsi başadüşüləndir:

“Lakin Azərbaycana dəstəyini davam etdirəcəyini də istisna etmək olmaz”. Ayvazyan qeyd edir ki, Türkiyə ordusu Azərbaycanda, Naxçıvanda, Ermənistanla sərhəddə yerləşir:

“Deməli, türklərdən hər şeyi gözləmək olar. Biz ayıq-sayıq olmağa davam etməli və özünümüdafiəyə hazırlaşmalıyıq. Təbii ki, Türkiyəyə vurulan bu zərbə Azərbaycana da zərbədir. Ona görə də, hərbi və diplomatik mövqeləri bərpa etmək üçün bizim üçün əlverişli məqamdır. Başqa bir sual ondan ibarətdir ki, biz bundan yararlana biləcəyik, ya yox”.

Erməni tarixçi vurğulayır ki, zəlzələ bölgəsində problemlər həll olunmazsa, insanların həyati ehtiyacları ödənilməzsə, sosial, siyasi, həm də etniklərarası gərginlik kəskin şəkildə artacaq və böyük ehtimalla kürd məsələsi yenidən və geniş miqyasda aktivləşəcək:

“Türkiyənin iqtisadi imkanları varsa, bərpası üçün ən azı 5-10 il vaxt lazımdır”.

Ayvazyan bildirir ki, zəlzələdən əvvəl həmin ölkədə inflyasiya olub:

“Digər tərəfdən, Ərdoğanın qüvvələri ilə müxalifət arasında fikir ayrılığı var və müxalifət mütləq vəziyyətdən, xüsusən də qarşıdan gələn prezident və parlament seçkiləri ərəfəsində istifadə etməyə çalışacaq. Siyasi və sosial vəziyyət, xüsusilə bu dövrdə bir-biri ilə sıx bağlıdır. Türk cəmiyyətinin Ərdoğan administrasiyasından narazılığı yaxın aylarda üzə çıxacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button