CəmiyyətManşet

Arkadi Dubnov: “Paşinyan KTMT məsələsi ilə Moskvaya qarşı təxribat hazırlayır”

“Paşinyanın sərhədlə bağlı təşəbbüsü o qədər də perspektivli deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu MDB ölkələri üzrə ekspert Arkadi Dubnov “Kommersant” qəzetinə verdiyi müsahibəsində deyib.

O əmin olduğunu bildirir ki, KTMT-nin müşahidə missiyasının sərhəddə yerləşdirilməsi təklifi qurum tərəfindən birmənalı qarşılanmayacaq və vahid konsensusaç gəlmə bilməyəcəklər. “Eyni zamanda, rus ordusunun sərhəddə yerləşdirilməsiç təklifii də Bakının xoşuna gəlməyəcək.

Bundan başqa, ekspert Ermənistanın baş nazirinin verdiyi açıqlamasında vacib detala diqqət çəkib. “Nikol Paşinyan dəqiqləşdirməyə çalışır ki, əgər KTMT-nin müşahidəçiləri sərhəddə gəlməsə, onları ATƏT-in müşahidəçiləri ilə əvəzləmək olar. Bu birbaşa Mmoskvaya qarşı təxribatdır. Yəni, Paşinyan bunu göstərməyə çalışacaq ki, Rusiya təkbaşına öz sülhməramlı missiyasını həyata keçirə bilmir. İrəvan açıq şəkildə nümayiş etdirir ki, onun Rusiyadan başqa da müttəfiqləri var. Məsələn, Paris və Vaşinqton kimi”.

Dubnovun fikrincə, KTMT mövzusunu gündəmə gətirməklə Paşinyan 2018-ci ildə hakimiyyətə yeni gəldiyi dönəmdəki davranmağa çalışır. “Həmin vaxt Paşinyan yeni lider idi. O, Ermənistanın KTMT-dəki nümayəndəsi Yuri Xaçaturovu həbs etdirdi. Bunu belə əsaslandırdı ki, Xaçaturov 2008-ci ilin martında keçirilən aksiyanı dağıdan əsas şəxslərdən biri olub. Bu addımların heç biri İrəvana xeyir gətirmədi. Situasiyadan çıxdı, lakin KTMT və Ermənistanın nüfuzuna ciddi zərbə vurmaqla. Mən bilmirəm, Nikol Paşinyan başa düşürmü ki, eyni səhvi təkrar etsə nələr baş verəcək. Bircə bildiyim odur ki, onun hazırkı siyasəti və faktiki ritorikası əvvəlki nəticəni verəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button