ManşetSiyasət

Arayik Xankəndinə qayıtdı, indi də Vardanyan Moskvaya gedir

Təxminən 10 gün əvvəl Qarabağdakı rus sülhməramlıların dəstəyi ilə Xankəndidən İrəvana, oradan da Rusiyaya gedən separatçıların rəhbəri Arayik Harutyunyan geri dönüb. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Harutyunyanın geri dönməsi 3-4 gün əvvələ təsadüf edib.

Qeyd edək ki, separatçıların rəhbərinin Moskva səfəri Kremldə müəyyən görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini dəqiqləşdirmək məqsədi daşıyırdı. Çünki ötən ilin noyabrında Qarabağda peyda olan, daha sonra “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyanla aralarında həll olunmayan çox ciddi problemləri vardı. Üstəlik, Rubenin Arayiki saya salmadığı da bildirilir.

JAMAZ.İNFO xəbər verir ki, Arayikin dönüşündən sonra bu dəfə Ruben Vardanyan Moskvaya gedib. Hazırda onun Rusiyada olduğu deyilir. Lakin harada, kiminlə görüşlər keçirməsi barədə məlumat yoxdur. Güman ki, o da Arayik kimi Kremllə münasibətlərini aydınlaşdırmağa çalışacaq.

Lakin bizə maraqlıdır. Ermənilər iddia edirlər ki, Laçın dəhlizi bağlıdır, gediş-gəliş mümkün deyil,  bölgə “humanitar fəlakət” yaşayır və sairə. Bəs, bu necə “blokada”dır ki, Arayik istədiyi vaxt gedib-gəlir, Ruben istədiyi vaxt giriş-çıxış edir? Belə “blokada” olur?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button