GündəmManşet

Arayik təcili iclas çağırıb: Ağdam yolu ilə yüklərin daşınmasına razılıq verdiyini açıqlayacaq

Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yazdığı xəbərə görə, bu gün saat 11:00-da Xankəndidə Arayik Harutyunyanın başçılığı ilə qondarma “təhlükəsizlik şurası”nın iclası başlayıb. JAMAZ.İNFO erməni nəşrinə istinadən xəbər verir ki, tədbirə Qarabağdakı separatçıların bütün nümayəndələri dəvət olunublar.

Lakin qəzet yazır ki, separatçıların keçmiş rəhbərləri, habelə qondarma “parlament”də təmsil olunan “müxalif deputat”lar iclasda iştirakdan imtina ediblər.

Maraqlı məqamlardan biri də odur ki, tədbirdə həmçinin dünən qondarma “parlamentə” hücum edən, yerli milis dəstələrinin rəhbəri kimi özünü təqdim edən Karen Matevosyan da qatılıb.

Məlumatda deyilir ki, Arayik Harutyunyan iclasda Azərbaycanın təklif etdiyi humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasına razılıq verdiyini açıqlayacaq. Belə ki, Harutyunyan Ağdam yolu ilə yüklərin qismən daşınmasına razı olduğunu ətrafına bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button