GündəmManşet

Arayik Moskvaya gedir: Növbədənkənar “prezident seçkiləri” keçirmək arzusundadır

Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyan yaxın günlərdə Moskvaya səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, onlara məlumat verən mənə Harutyunyanın yaxın günlərdə Moskvaya gedəcəyini bildirib. “O, öz komandasına deyib ki, geri döndükdən sonra “hökumət”də onlardan narazı qalan müxalifət nümayəndələrinə də yer verilməsinə dair siyasi müzakirələr və məsələhətləşəmələr aparacaq. Bundan başqa, onun Moskvada müəyyən dairlərlə Qarabağda növbədənkənar prezident seçkilərinin keçirilməsi imkanlarına dair müzakirə aparacaq”.

Qeyd edək ki, Arayik Harutyunyan bir müddət əvvəl də Moskvada səfərdə olmuşdu. Orada onun Kreml nümayəndələri ilə görüş keçirdiyi bildirilirdi.

Qarabağdakı erməni terrorçuların rəhbərinin əvvəlcə, Nikol Paşinyanla görüşməsi, ardından Moskvaya səfər etməsi Rusiyanın bölgə ilə bağlı yeni planlarının olmasından, Qarabağla bağlı bəzi addımlar atmaq istəyindən irəli gəldiyini ehtimal etmək olar. Böyük mənada bunun Azərbaycana nə qədər xeyri olacaq, demək çətindir. Çünki Kreml heç bir vaxt Azərbaycanın xeyrinə addım atmayıb, atsa belə bunun çox ağır qarşılığını alıb.

Əsas sual budur ki, Arayiki Moskvaya dəvət ediblərsə, əsas müzakirə predmeti nələr olacaq? Təbii ki, ilk ağıla gələn Qarabağdakı erməni separatçılarının gələcək aqibəti, onların təhlükəsizliyi və status məsələləridir. Çünki Arayik və adamları faktiki olaraq, özlərini təhlükəsizlikdə hiss etmirlər və bunu dolayısı ilə dilə də gətirirlər.

Ola bilər ki, Arayik Harutyunyan öz təşəbbüsü ilə Moskvaya gedir. Yəni, vəziyyətinin ağırlaşması, ruslarla yola getməməsi, habelə Xankəndidə ona qarşı etirazların çoxalması fonunda dəstək ummaq fikrindədir. Bu, həm də onun gələcəyi üçün daha çox lazımdır.

Xatırladaq ki, Arayik iki ay bundan əvvəldən etibarən Qarabağdakı bütün mülklərini satışa çıxarıb. Onun Laçın yaxınlığında iki hektar nar bağını satması, Xocavənddəki üzüm bağlarını satışa qoyması, Əsgəran və Ağdərədəki heyvandarlıq komplekslərinin satmaq istəməsi belə deməyə əsas verir ki, Harutyunyan öz gələcəyini Qarabağda görmür. Elə məlumatdakı “növbədənkənar prezident seçkiləri keçirilməsi imkanlarını müzakirə etəmək” məsələsinin də bununla əlaqəli olduğunu demək mümkündür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button