GündəmManşet

Arayik Harutyunyan istefa verəcək?

Qarabağdakı separatçıların rəhbəri dünən İrəvana gəlib. JAMAZ.İNFO xəbər verir ki, Arayik Harutyunyan başının dəstəsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməliydi. Lakin Paşinyan onu qəbul etməyib.

“Hraparak” qəzetinin yaydığı məlumata görə, Harutyunyan dünən Ermənistan XİN-i ilə görüçmək üçün də cəhd edib. Lakin nazirlik öncə baş nazirlə görüşün baş tutmasını əsas gətirərək, qəbuldan imtina edib. Nikol Paşinyanın baş separatçını niyə qəbul etməməsi isə məlum deyil.

Erməni nəşri yazır ki, hadisələrin gedişi Nikol Paşinyanın Praqada Qqarabağdan tam imtina etməsini deməyə əsas verir. Nəşrin iddiasına görə, Arayik Harutyunyanın bir gündür qapı arxasında gözlətmək də bunun əlamətlərindən biridir.

Amma “Hraparak” onu da yazır ki, Praqa və Vaşinqtonda əldə edilmiş razılaşmalar real olarsa, Arayik Xankəndinə geri döndükdən sonra istefa verəcək. Nəşr bunu konkret olaraq əsaslandırmayıb. Yalnız onu qeyd edib ki, Arayik Harutyunyanın getməsini Nikol Paşinyan özü istəyir. “Harutyunyan istefa verərsə, bu, Qarabağda ermənilərin başsız qalmasına səbəb olacaq. Çünki hazırkı durumda Qarabağda yeni “prezident” seçmək mümkün deyil. Buna həm Azərbaycan imkan verməyəcək, həm də bölgədəki rus sülhməramlıları şərait yaratmayacaqlar. Nəticədə, Qarabağda başıpozuq bir dəstə qalacaq, insanlar nə edəcəklərini bilməyəcək və bununla da oradakı “dövlətçiliyə” son qoyulacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button