GündəmManşet

Arayik Harutyunyan İrəvanda olub, gecə isə qayıdıb: Saat 3-də Vardanyanın istefası təsdiqlənə bilər

Bu gün saat 3-də Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan müraciət yayacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, həmin müraciətdə Ruben Vardanyanın istefaya göndərilməsi qeyd olunacaq. Onun yerinə Qurgen Nersisyanın gətirildiyi təsdiqlənəcək.

“Past” qəzeti isə daha maraqlı iddia ilə çıxış edib. Erməni nəşri yazır ki, Arayik Harutyunyan və Qurgen Nersisyan dünən bir günlük İrəvana gəliblər. İrəvanda isə onlar Ermənistanın baş naziri Nikol Paşinyan və onların müavinləri ilə görüşüblər. Elə dünən axşam da geriyə, Xankəndiyə qayıdıblar.

“Past” yazır ki, Harutyunyanı Rusiya sülhməramlıları İrəvana aparıb, gətiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button