GündəmManşet

Arayik “güc nazirlərini” topladı: təxribat hazırlığı

Qarabağdakı separatçıların rəhbəri Arayik Hartyunyan dünən qondarma “güc nazirləri”ni toplayaraq, iclas keçirib. JAMAZ.İNFO xəbər verir ki, görüşdə qondarma “müdafiə ordusu”nun “komandanı, “daxili işlər naziri” və daha bir neçə nəfər iştirak edib.

Görüşdə Qarabağdakı son vəziyyət, Azərbaycan Ordusu ilə təmas xəttində müdafiə işlərinin gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Balasanyan və Vardanyan da iştirak ediblər.

Qeyd edək ki, son günlər Qarabağdakı separatçılar müharibə çağırışları edirlər. Hələ bir neçə gün əvvəl Ağdərədə olarkən Rruben Vardanyan bildirmişdi ki, Azərbaycana qarşı bütün vasitələrdən istifadə edəcəklər. Oo həmçinin hamını hətta müharibəyə hazır olmağa da çağırıb.

Bildirək ki, Harutyunyanın da dünən keçirdiyi iclas ermənilərin Qarabağda Ordumuza qarşı təxribatlara hazırlaşmasından xəbər verir. Onların məqsədinin təmas xəttində təxribat törədərək, yeni hərbi əmliyyatlara start verməkdir. İran və daha bir neçə ölkədən aldıqları silahlarla Azərbaycan Ordusuna qarşı vuruşa biləcəklərini düşünən ermənilər, hesab edirlər ki, bununla üstünlük əldə edə biləcəklər. Lakin unudurlar ki, əgər bu dəfə silaha əl atmağa cəhd etsələr, onları heç kim Azərbaycan Ordusunun əlindən xilas edə bilməyəcək. Hətta çox güvəndikləri rus sülhməramlıları da…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button