GündəmManşet

Arayik Bakı ilə şərt dilində danışır: “Ruslar vasitəçi olsun, dialoqa hazırıq”

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan dünən dəstəsini başına yığaraq, mövcud vəziyyəti və Bakı ilə dialoq məsələsini müzakirə edib. JAMAZ.İNFO “Hraparak”a istinadən xəbər verir ki, həmin görüşdə Araik bildirib ki, Bakı ilə dialoqa bir şərtlə hazırdırlar.

O qeyd edib ki, Bakı ilə dialoq bir şərtlə baş tuta bilər ki, Rusiya vasitəçiliyi öz üzərinə götürsün. O iddia edib ki, Qarabağ erməniləri dialoq məsələsində “konstruktiv” yanaşma sərgiləyir. “Biz sivil dialoq vasitəsilə bütün məsələləri müzakirə etməyə və həll etməyə hazırıq”.

Erməni mediası baş separatçının bu yanaşmasını onların ABŞ-ın vasitəçiliyindən imtina kimi qiymətləndirirlər. “Çünki Qərb Qarabağı inteqrasiyaya sövq edir. Rusiya isə bundan yayınmaq üçün şansa malikdir”.

P.S. Arayik hələ də anlamır ki, Bakı ilə şərt dilində danşıa bilməz. Ruslardan bir neçə sınıq-salxaq silah alıblar deyə, elə zənn edir ki, müqavimət göstərə biləcəklər. Bunu 44 günlük müharibədə də sınadılar. Amma nəticədə, 12 mindən çox itki verməli oldular. Əgər bu dəfə də Bakının dediklərinə razı olmasalar, yenə eyni aqibəti yaşamalı olacaqlar. Onsuz da rəsmi Bakı Qarabağda qanunsuz hərbi birliklərin olduğunu bəyan edib. Üstəlik, bildirib ki, həmin qanunsuz silahlı dəstələr Azərbaycan Ordusunun legitim hədəfləridir.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button