CəmiyyətManşet

Arayik Arutyunyandan etiraflar: saxtalaşdırılmış statistika, boş ümidlər…

Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyan başının dəstəsini yığaraq, 44 günlük Qarabağ müharibəsindən, Rusiya ilə müttəfiqlik etmələrindən danışıb. JAMAZ.İNFO xəbər verir ki, terrorçubaşı bir qədər də irəli gedərək, azad etdiyimiz torpaqları geri qaytarmaq üçün çalışdığını da deyib.

Arutyunyan bildirib ki, 12 may 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasından sonra erməni tərəfi düzgün nəticələr çıxarmayıb. O deyib ki, əgər həmin vaxtdan sonra danışıqlar prosesində üstünlüyə hakim olmaq üçün dünya praktikasından yararlanmayıblar. “Halbuki biz daha yaxşı nəticələr əldə edə bilərdik. Eyni zamanda, yaxşı qərarlar qəbul etmək imkanımız olardı”.

44 günlük Qarabağ müharibəsindən də danışan terrorçubaşı qeyd edib ki, o, hələ müharibənin ilk günündən nəticənin nə olacağını bilirmiş. “Siyasi konsensus əldə edə bilmədik. Vahid mövqe ortaya qoya bilmədik. Nə müxalifət, nə hakimiyyət, nə hakimiyyətə yaxın qüvvələr müharibənin dayandırılmasını qəbul etmədilər. Hətta bu təklifi dilə gətirənləri vətən xaini adlandırdılar”.

JAMAZ.İNFO bildirir ki, Arutyunyan ənənəvi erməni yalanını da işə salaraq, Qarabağda guya Azərbaycan tərəfindən Türk Ordusunun və Suriyadan gətirilmiş terroçuların döyüşdüyünü iddia edib. “Müharibədə Türkiyə də iştirak edirdi. Bu gün də türk məmurlar dəstək verdiklərini bəyan edirlər. Təkcə, Qarabağ müharibəsində Suriyadan gətirilmiş 7000 muzdlu döyüşürdü”.

Arayik səhvlərini də dilə gətirib. Mmaraqlıdır ki, bu səhvlərin 1992-ci ildən başladığını deyib. Üstəlik, bildirib ki, Qarabağda cəmi 45 min erməni yaşayıb. “Biz ən böyük səhvimizi 13 iyun 1992-ci ildə etmişik. Həmin vaxt Şamuyan rayonundan əhali çıxarıldı. Ardından Ağdərə, Hadrut, Xocavənd və Əsgərandan da xeyli sayda əhali çıxdı. Biz 50 min erməninin müdafiə edib, Qarabağın digər ərazilərində yerləşdirə bilmədik. Halbuki onları yerləşdirmək üçün yetərli qədər imkanımız vardı. Əgər həmin vaxt biz 50 min ermənini Qarabağda saxlaya biləsydik, bu gün ərazidə 45 min yox, 200 min erməni yaşamış olardı. Lakin biz onların heç 10 faizini saxlaya bilmədik. Hamısı çıxdı getdi”.

Arayik Qarabağın “gələcəyi” barədə də danışıb. O deyib ki, hazırkı Ermənistan və Qarabağ Rusiya ilə dərin siyasi-hərbi əməkdaşlıq edərək, bölgədə sabitliyə nail ola bilər. “Rusiya ilə münasibətlərimizi dərinləşdirməliyik. Türkiyə ərazini tərk etməyənə qədər Rusiyanın imkanlarından istifadə etməliyik”.

Bu azmış kimi, terrorçubaşı iştahasını da gizlətməyib. O deyib ki, hazırda əsas hədəfləri itirdikləri Qarabağ “torpaqları”nı geri qaytarmaqdır. “Hazırda əsas hədəfimiz heç olmasa keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərini bərpa etməkdir”.

P.S. Arayik başına yığdığı dəstəsinə nağıllar danışmaqla yanaşı, həm də kimlərəsə mesaj göndərməkdədir. Bunu erlə erməni siyasətçilər də deyirlər. Çünki qondarma “DQR”in uzun müddət “baş naziri” olmuş Arutyunyan bu gün sadaladığı “səhvlər”in iştirakçısı olub. O zaman özündən əvvəlkilərə söz atması da təsadüfi deyil. Elə “təhlükəsizlik katibi” Balasanyanı da hədəf kimi göstərir.

Onun Qarabağın gələcəyi barədə danışması da özünə təskinlik verməkdir. Yəni, özü də yaşı bilir ki, keçmiş keçmişdə qaldı və Qarabağın gələcəyinin onlarla heç bir bağlantısı yoxdur. Ora Azərbaycan torpağıdır və əbədi olaraq da belə qalacaq. Gələcəyini də biz müəyyən edəcəyik. Bunun üçün boş başlarını yorub, özlərini əziyyətə salmasınlar.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button