GündəmManşet

Arayik Arutyunyan Moskvada özünə ev alır

Hələ bir neçə gün əvvəl Ermənistan mətbuatı Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyanın təcili olaraq, Moskvaya çağırıldığı barədə xəbər yaymışdı. Həmin xəbərdə deyilirdi ki, Rusiya xüsusi xidmət orqanları Arutyunyanın İrəvan hökumətinə çox bağlı olması və onların tapşırıqlarını sorğusuz-sualsız icra etməsindən məmnun olmayıblar. Elə bu səbəbdən də onu Moskvaya çağıraraq, “dərs” vermək istəyiblər.

JAMAZ.İNFO Ermənistanda nəşr olunan “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Arutyunyan bu gün Moskvaya yola düşüb. Və məlum olub ki, Qarabağdakı erməni terrorçularının rəhbəri Moskvaya təkcə, siyasi söhbətlər etməyə deyil, həm də özünə əmlak üçün ayaq basıb. Belə ki, terrorçubaşı həyat yoldaşını da özü ilə aparıb və Rusiya paytaxtının mərkəzində böyük bir mənzil almağa hazırlaşırlar. Onların bir neçə iri əmlak şirkəti ilə danışıqlar apardığı da qeyd olunur.

Məsələ ilə bağlı terrorçubaşının “köməkçisi” Lusina Avanesyan hər hansı açıqlama verməyib. Avanesyan deyib ki, onda bu barədə heç bir məlumat yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button