ManşetÖlkə içi

Ara Vardanyan: “Qarabağ probleminin həlli Rusiya üçün ciddi siyasi itkidir”

“Ermənistan gec və ya tez Suriyaya çevriləcək. Bu sennarilərdən biridir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər politoloq Ara Vardanyana məxsusdur.

Onun sözlərinə görə, Rusiya öz maraqlarına əsaslanaraq, Qarabağın statusu məsələsini uzun müddət rəfdə saxlayacaq. “Qarabağ məsələsinin həlli Rusiya üçün ciddi siyasi itkidir. Lakin problem Qarabağdan qurtulmaq istəyən Ermənistan hakimiyyətidir. Biz oyanıb Ermənistanın baş nazirinin Əliyevlə sülh sazişi imzaladığını eşitmək təhlükəsi var. Ona görə də, Qarabağa hələlik Azərbaycanın tərkibində deyil”.

Vardanyan iddia edib ki, əgər Ermənistan müxalifəti kütləvi aksiyalara başlamasaydı, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaqdı. “Həmin sənəd hazır idi. Lakin müxalifətin etirazlara başlaması prosesi təxirə saldı”

Erməni politoloq Rusiyanın Ermənistanda yeni hərbi baza tikməsi barədə də danışıb. O deyib ki, son zamanlar Ermənistanda xeyli sayda Azərbaycan və Türkiyə kəşfiyyatına işləyən cəsuslar aşkarlanıb. “Onların bir qismi qaçıb. Bir qismi isə saxlanılıb. Əgər Azərbaycan və Türkiyə sülh istəyirlərsə, niyə Ermənistana öz cəsuslarını göndərirlər? Rusiya bunları görür. Ona görə də, qabaqlayıcı addımlar atır. Həmin addımlardan biri də Eermənistan ərazisində yeni hərbi baza inşa etmək və hərbi mövcudluğunu yeniləməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button