ManşetMedia

Aqrar Universitetdə kəsirləri olan tələbələrə diplom necə verilib?

Aqrar Universitetin rektoru Zəfər Qurbanov rəhbəri olduğu təhsil ocağını Bakıdan idarə edir. Universitetin müəllimi Natiq Əliyev bu barədə JAMAZ.İNFO-ya göndərdiyi şikayət məktubunda yazır ki, rektorun bu addımı atmasının səbəbi məlum deyil.

Şikayətçinin sözlərinə görə, hazırda tələbə və müəllim heyəti rektoru tapmaq üçün axtarışa çıxıblar. Buna səbəb isə bəzi sənədlərin imzalanması və diplomların alınmasıldır. Lakin onlar rektoru tapa bilmədiklərindən gözləmək məcburiyyətindədirlər.

Həmin məktubda vurğulanır ki, universitetin Baytarlıq Təbabəti fakültəsininin keçmiş dekan işləyən Famil Nəsirovun rüşvət alarkan hüquq mühafizə orqanları tərəfindən tutularaq vəzifəsindən azad edilməsi Aqrar Universitetin adınını və nüfuzunu xeyli aşağı salıb. “100 yaşlı universitetdə indiyə qədər belə biabırçılıq olmayıb”.

Natiq Əliyev qeyd edir ki, sabiq dekan Famil Nəsirovdan sonra Zəfər Qurbanovun Baytarlıq Təbabəti fakültəsinə dekan təyin etdiyi Zeynalova Şəlalə Kərəm qızında müəyyən gözləntilər olsa da, ümidləri suya düşüb. “Belə ki, özbaşına semestr imtahanında kəsilən tələbələrin qiymətini sıfırlayaraq, yenidən həmin tələbələrin qiymətində düzəlişlər edir. Bələ tələbələrdən: Baytarlıq təbabəti ixtisasının 1 ci kurs tələbəsi Əkbərli Asimin bir neçə kəsri olmasına baxmayaraq, Şəlalə xanım hər hansı bir xeyri qarşılığında məhz həmin tələbənin kəsrlərin bərpa etdi”.

Şikayətçi bildirir ki, o, hətta türk tələbələrinin kəsrlərinin bərpası ilə də məşğuldur. “Məsələn, Əczaçılıq ixtisasının 4-cü kurs tələbəsi Nimet İslam Bozkurt, Mehmet Türkoğlunun çoxlu kəsri olmasına baxmayaraq, diplomun alınması barədə qərar verib”.

Məktubun müəllifi vurğulayır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovaya aylıq əmək haqqını 2040  manat müəyyənləşdirib. “Hansı ki, 20-30 il stajı olan, universitetin inkişafında xidməti olan dekanlara aylıq əmək haqqı 1400-1500 manat verilir”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button