ManşetSiyasət

Anton Evstratov: “Yaxın Şərqdə baş verənlər Bakı ilə Tehranı üz-üzə qoya bilər”

“İsraildə baş verən hadisələrin ikitərəfli münaqişədən təkcə regional deyil, həm də daha əhatəli, o cümlədən Cənubi Qafqaza toxunan münaqişəyə çevriləməsi  qorxusu əsassız deyil”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi rusiyalı tarixçi və analitik Anton Evstratovdur .

O bildirir ki, nə İsrail, nə də Həmas təkbaşına hərəkət etmir. “ABŞ və bir sıra Avropa ölkələri birincinin arxasındadır. İkincinin arxasında İran, Suriya, bir çox ərəb ölkələrinin cəmiyyətləri dayanır”.

O qeyd edir ki, Azərbaycan da İsrailin tərəfdaşıdır. “Artıq Gürcüstan və Ukrayna da öz dəstəyini bildirib. Münaqişə tezliklə nəinki Yaxın Şərq, həm də geniş formatda Avrasiyaya yayıla bilər”.

Evstratov deyir ki, İranın HƏMAS-a birmənalı dəstəyi və Türkiyənin neytrallığı şəraitində Bakı diqqətli olmalıdır. “Təbii ki, reallıqda Azərbaycan bu və digər münaqişələrdə İsrailin dostu və dəstəkçisidir. Lakin bu tezisin rəsmi səsi onu İslam Respublikası ilə müharibə astanasına qoyacaq və bunu bütün İslam dünyası dəstəkləyəcək. O cümlədən Azərbaycan cəmiyyətinin əhəmiyyətli bir hissəsi”.

Rus analitik iddia edir ki, burada Zəngəzuru götürmək üçün İranı tez bir zamanda Fələstin məsələsinə yönəltmək Azərbaycana daha sərfəlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button