AraşdırmaManşet

Ankara, Bakı və Moskvanın Uzaq Şərqə qədər uzanan yeni planı: “Zəngəzur Dəhlizi”nin daha bir sirri açılır

Son dövrlər regionda baş verən proseslər, xüsusən də 44 günlük Qarabağ müharibəsindən sonra gündəmə gələn məsələlərin üzərindəki bəzi gizlinlərin üstü açılır. Azərbaycanın israrla “Zəngəzur Dəhlizi” məsələsini gündəmə gətirməsi və bunu reallaşdıracağı barədə bəyanatları baş verənlərin fonunda maraqlı proseslərdən xəbər verir.

Məlum olduğu kimi, Türkiyə Asiya ilə Avropa arasında yük daşınmasında xüsusi yer tutur. İndiyə qədər müxtəlif marşrutlardan istifadə etməklə, Türkiyə bir çox ölkələrə yük göndərsə də, bu zaman nəqliyyat xərcləri heç də ucuz başa gəlmirdi. Lakin Süvyeş Kanalında baş verən məlum qəzadan sonra türk şirkətləri iki alternativ nəqliyyat yolu müəyyənləşdiriblər.

Maraqlı məqamlardan biri odur ki, yeni yolların hər iksi Türkiyə ilə Rusiya arasında əldə olunan razılaşma sayəsində ərsəyə gəlib. Onlardan biri Türkiyədən aparılacaq yüklərin Azov dənizindən çıxaraq Xəzər dənizi ilə birləşdirən Volqa-Don kanalıdır. Belə ki, Volqa-Don kanalında yükdaşıma işlərini həyata keçirən “P&O Maritime Logistics” şirkəti İzmirdəki “DP World Yarımca” şirkəti arasında müqavilə bağlayıb.

Həmin müqaviləyə əsasən İzmit limanında gəmilərə yüklənəcək konteynerlər Qara dəniz-Azov dənizi- Volqa çayı-Don kanalını keçərək Astarxanda Xəzər dənizinə çıxacaq. Oradan isə Orta Asiya ölkələrinə daşınma prosesi həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə ilə Orta Asiya ölkələri arasında 2020-ci iləd ticarət dövriyyəsi 31 milyard dollar təşkil edib. Yeni marşrut ilə isə əsas maraqlı məsələ daşınma xərclərinin aşağı düşməsidir.

İkinci marşruta gəlincə, bu proses də Rusiya üzərindən həyata keçiriləcək və Azərbaycan da daxil olmaqla, Avropaya daşınacaq. Belə ki, mərkəzi ofisi danimarkada yerləşən “Maersk” şirkəti Uzaq Şərqdən yüklərin daha ucuz və daha tez Avropaya daşınması üçün Sibirdəki dəmiryollarından istifadə etmək qərarını verib. Şirkətin hesablamalarına görə, Uzaq Şərq ölkələrindən toplanan yüklər Rusiyanın Yapon dənizi sahillərinə çıxarılacaq, orada Primoriye limanından Tarns-Sibir dəmiyolu xətti ilə Novosibirsk limanına çatırılacaq. Ardından isə Bakı-Tbilisi-Qqars dəmiryolu vasitəsi ilə Türkiyəyə çatıdırlacaq.

Qeyd edək ki, “Maersk” artıq ilk addımı atıb. Şirkət 24 mayda 247 konteyner yükü Primoriye limanından qatara yükləyərək, yola salıb. Yükün 25-30 gün ərzində İstanbula çatacağı planlaşdırılır. Türk mütəxəssislər bildirir ki, yeni yollar həm qiyməti, həm də daşınma müddətini aşağı salacaq. Belə ki, əgər Tayvan və ya Çindən daşınan yük Süveyş kanalı üzərindən gətirilərsə, onun İstanbula çatması 40-45 gün vaxt aparır. Lakin Sibir dəmiryolu ilə daşınan yüklər həm 20 faiz daha ucuz başa gəlir, həm də 15 gün daha tez ünvana çatır.

Bu əsnada, Azərbaycan və Türkiyənin Ermənistan üzərindən keçəcək “Zəngəzur Dəhlizi” ilə bağlı planlarının bəzi detalları daha aydın olur. Görünən və bilinən odur ki, Türkiyə (təbii ki, Azərbaycan daxil, digər müttəfiqləri ilə birlikdə) yeni yolun yaradılmasında təkcə Orta Asiyaya yük daşımaqda deyil, həm də Uzaq Şərqdən gətirilən yüklərin daşınmasında da maraqlıdır. Həm alternativlərin olması, həm də BTQ-dən başqa, Zəngəzur Dəhlizi ilə Naxçıvan-İğdır-Ərdahan-Ərzurum-Qars və digər bölgələrdən də yüklərin daşınmasını və ticarət dövriyyəsini Türkiyə üçün ən azı 5 milyard dollar, Azərbaycan üçün isə bir neçə milyard dollar artırmaq planı üçün lazımdır. Və işin içində təbii ki, iqtisadi olduğu kimi, siyasi maraqların olduğu da sirr deyil. Bu prosesdə Rusiyanın da maraqlı olmasının əsas səbəblərindən biri də odur ki, hər iki nəqliyyat dəhlizləri onun ərazisindən keçir, onun iştirakı ilə reallaşır və ona qazanc gətirir. Sibir dəmiryolunun nəzərdə tutulmuş şəkildə işə salınması birmənalı olaraq Kremlin marağındadır və onun işinə yarayır.

Eyni zamanda, Kremlin son zamanlar Azərbaycanla münasibətlərində bəzi korrektələr etməsi, Qarabağ müharibəsi zamanı proseslərə aktiv müdaxilə etməməsi də onu deməyə əsas verir ki, ortada Ankara-Bakı-Moskva arasında ciddi razılaşmalar olub. Həmin razılaşmalardan biri də yeni nəqliyyat xətləri ilə bağlıdır.

Sual oluna bilər ki, BTQ dəmiryolu xətti varkən, Zəngəzurdan keçəcək yeni avtomobil və dəmiryoluna nə ehtiyac var? Bu, böyük ehtimalla Uzaq Şərqdən daşınacaq yüklərinin həcminin çoxluğu, məlum marşrutların həmin daşınmalar üçün kifayət etməyəcəyi ilə əlaqələdir. Çünki Uzaq Şərq və Orta Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin ümumi həcmi həddindən artıq böyük rəqəmlərlə ölçülür. Bu zaman BTQ təkbaşına həmin daşınmaların həyata keçirilməsində çətinliklə üzləşə bilər.

Fərda Uğur

JAMAZ.İNFO 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button