ManşetÖlkə içi

Andrey Rudenko: “Soçi görüşü 10 noyabrın davamıdır, gözləntilərimiz var”

Xəbər verildiyi kimi, bu gün Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, görüş 10 noyabr razılaşmasının davamı kimi qiymətləndirilir.

Əksər ekspertlər üçtərəfli görüşdə hər hansı bir sazişin imzalanacağını gözləmir. Onlar hesab edirlər ki, Soçidə Azərbaycan və Ermənistan bəzi məsələlərdə razılıq əldə etsələr də, bunu birgə bəyanat şəklində açıqlayacaqlar.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyir ki, Moskvanın bu görüşdən müəyyən gözləntiləri var. Onun sözlərinə görə, Kreml, Soçi görüşündən Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etməyin mümkün olacağını gözləyir. “Bizim gözləntilərimiz, bu iki ölkədə, Rusiyada, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlar kimi, regionda çoxdan gözlənilən sülh və sabitliyin tezliklə bərqərar olmasıdır”.

O deyib ki, görüş bütövlükdə 10 noyabrda üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. “Əsas məsələ odur ki, bütövlükdə ölkələr arasında normallaşma prosesini necə irəli aparmaq olar. Ümid edirik ki, sözügedən görüşdə saziş imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”.

Rusiya XİN-in rəsmisi əlavə edib ki, Dağlıq Qarabağda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. “Buraya nəqliyyat kommunikasiyalarının açılmaması, Ermənistan-Azərbaycan sərhəddinin delimitasiyası aiddir. Təəssüf ki, biz zaman-zaman müəyyən silahlı insidentlərin də şahidi oluruq, hətta insanlar ölür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button