GündəmManşet

Anania Maqakyan: “Belə davam edərsə, Qarabağdan bizə yalnız İrəvanda küçə adı qalacaq”

Ermənistanın aparıcı jurnalistlərindən olan Anania Maqakyan maraqlı bir məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, jurnalist Ermənistan hökumətinin Qarabağ siyasətini təftiş edib və müəyyən qənaətə gəlib.

O yazır ki, son bir ildə Ermənistanın əsl reallığı üzə çıxıb. Onun sözlərinə görə, bu müddətdə məlum olub ki, Ermənistanın nə normal ordusu, nə  təhlükəsizliyi, nə də mütəşəkkil xalqı yoxdur. “İndiyə qədəər “qüdrətli ordu”, “bir xalq” kimi sözlər hamısı pafos idi, bleefdir. Azərbaycanlılar bizim  ləyaqətimizi alçaldır, məhv edir. Amma erməni xalqı buna susur. Qorxussundan nə edəcəyini bilmir. Yalnız özünü düşünür. Yekun qənaət budur ki, erməni xalqı “başqaları düşünsün, mən nə edim” deməklə kifayətlənir”.

Maqakyan qeyd edir ki, hazırda demarkasiya və demarkasiya işlərindən danışılsa da, tezliklə buna da ehtiyac qalmayacaq. “Azərbaycan artıq məsələni güc yolu ilə, onun üçün tamamilə əlverişli şərtlərlə həll etdiyinə görə delmitasiya və demarkasiya prosesinə ehtiyac qalmayacaq. Yəni Ermənistan yığılıb qalan bütün məsələləri paralel və asanlıqla rəqibin xeyrinə “həll edir”. Axı, 2020-ci ilin 27 sentyabrından nə baş verir?”

O erməni xalqının kor olduğunu, heç nəyi görmədiyini yazaraq, Qarabağ məsələsində də uduzduqlarını vurğulayıb. “Belə davam edərsə, Qarabağdan bizə yalnız İrəvanda küçə adı qalacaq. Çünki Qarabağ artıq yoxdur. Bizim deyil və bu gedişlə heeç vaxt bizim olmayacaq”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button