ManşetSosial

Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əcaib-qəraib işləri davam edir. Belə ki, İmişli rayon sakini, hazırda Bakıda yaşayan Nuruşzadə Tacir Amil oğlu anadangəlmə xəstə olmasına rəğmən, ona verilmiş əlillik dərəcəsi ləğv edilib.

Bu barədə JAMAZ.İNFO-ya müraciət edən Tacir Nuruşzadə 19 yaşında olduğunu bildirib. O qeyd edib ki, anadangəlmə xəstədir. “Əmək qabiliyyətim yoxdur. Xəstəliyim sağalan olmadığndan ömürlük bu vəziyyətdə yaşamaq məcburiyyətindəyəm. Xəstəliyimlə əlaqədar olaraq, hər il xəstəxanalarda müalicə olunuram”.

Şikayətçi deyir ki, hazırda xəstəliyi ilə əlaqədar müalicə və müayinə xərclərini ödəyə bilmir. “Heç bir gəlir yerim yoxdur. Həm ayağım şikəsdir, həm də epilepsiya xəstəsiyəm”.

O vurğulayıb ki, səhətində olan xəstəliklərlə bağlı onu müayinə edib, barəsində 17.08.2020-ci ildə “Forma 88” yazılıb. Onun sözlərinə görə, həmin sənəd Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib. “Lakin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat bu ilin yanvar ayında mənə göndərilib. TSEK-dən bildiriblər ki, mənə əlillik dərəcəsi düşmür. Bu mənə qarşı haqsızlıqdır”.

Tacir Nuruşzadə qeyd edir ki, qanuna əsasən ona II qrup əlilik dərəcəsi təyin olunmalıdır. Onun sözlərinə görə, ona əlillik dərəcəsinin verilməməsinə səbəb isə Nuruşzadənin lazım olan sənədləri düzgün doludurlmaması göstərilib. “Xahiş edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin yaramaz işçilərinə qarşı ciddi tədbir görün və mənə 2-ci qrup ümumi xəstəliklə əlaqədar əlillik təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə ciddi göstəriş verin”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button