ManşetÖlkə içi

Almaniya prezidenti: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

Almaniyada səfərdə olan Ermənistan prezidenti Vaaqan Xaçaturyan bu ölkənin dövlət başçısı Frank-Valter Ştaynmayerlə görüşüb. JAMAZ.İNFO xəbər verir ki, görüşdə prezidentlər Cənubi Qafqaz regionunda ümumi vəziyyətə və Qarabağ probleminə toxunublar.

Xaçaturyan vurğulayıb ki, Ermənistan regionda sabit və davamlı sülhün əldə olunmasına sadiqdir və ilkin şərt olmadan qonşuları ilə mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır.

Prezident Ştaynmayer isə öz növbəsində qeyd edib ki, Ermənistanın sülhün əldə edilməsi üçün səyləri Avropa üçün dəyərlidir. Almaniya prezidenti həmçinin Xaçaturyanın diqqətinə çatıdırb ki, münasibətlərin normallaşdırılması üçün mühüm addımlardan biri də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. “Bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button