ManşetSiyasət

Aleksandr İsgəndəryan: “Əgər sərhəddə Azərbaycan əsgərini ordu yox, çoban qarşılayırsa, deməli, sən ölkə deyilsən”

“Əgər sərhəddə Azərbaycan Ordusunu onu hətta sərhədçi yox, çoban və ya icma rəhbəri qarşılayırsa, bu, sənin ölkə olmadığını göstərir. Həm də subyektivliyi elə aşağı salır ki, danışıqlar masası üzərindəki xəritələr də bir işə yaramayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

O qeyd edib ki, bu gün Ermənistan subyektivliyi çox aşağı səviyyədə olan ölkədir. “Məğlubiyyətdən sonra Ermənistanın hətta bərabərhüquqlu tərəfdaş olmaq üçün demək olar ki, heç bir resursu yoxdur. Sadəcə olaraq, öz maraqlarını müdafiə etməyə çalışmaq üçün onların çox az hissəsi var. Ona görə də Ermənistanın subyektivliyini artırmaqdan, onun yenidən qurulmasından danışmaq lazımdır. Bu, təkcə diplomatiya deyil, həm də başqa ölkələrlə, o cümlədən prosesdə iştirak etməyən üçüncü dövlətlərlə münasibətlər deməkdir. Söhbət həm də iqtisadiyyat, hərbi tikinti, müttəfiqlərlə qarşılıqlı əlaqə, sərhədin təşkili və s-dən gedir. Bütün bunlar subyektivliyə təsir göstərir”.

O deyib ki, şübhəsiz, təmaslar var və bunun üçün Ərdoğana ehtiyac yoxdur. “Bu aydındır. Onlar dolayı yolla, üçüncü şəxs vasitəsilə və ya birbaşa danışıq apara bilərlər. Bu çox vacib amil deyil. Əsas odur ki, həll edilməli olan bütöv problemlər var”.

İsgəndəryan vurğulayıb ki, belə təmaslar var və olacaq. “Bir də gec-tez görüş, bir yerdə imzalanacaq sənədlər olacaq. Bütün bunlardan qaçmaq mümkün deyil. Amma məsələ ondadır ki, Ermənistanın öz maraqlarını müdafiə etmək üçün resursu var? Bu isə hələ ki, yoxdur”.

Ermənistanın mövqeyinə gəlincə, bu, ekspertin fikrincə, texnologiya məsələsidir. “Diplomatlar müxtəlif yollarla reaksiya verə bilərlər. Problemin uzadılması fərqli görünə bilər: yaxın 10 ildə problemlər ortaya qoyulmuş və həll edilmiş kimi görünə bilər. Sadəcə, prosesin ləngiməsi ola bilər, ortaya çıxan çətinliklər diqqət mərkəzində ola bilər. Bu, artıəq texnologiya məsələsidir. Diplomatların səriştəli işinə bağlıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button