ManşetÖlkə içi

Akif Çovdarovdan sonra Əhməd Əhmədovun da obyektləri özünə qaytarıldı

Hazırda həbsdə olan Naxçıvan MR sabiq daxili işlər naziri Əhməd Əhmədovun müsadirə olunmuş obyektləri özünə qaytarılır. JAMAZ.İNFO xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a həmin obyektləri kirayə çalışdıran sahibkarlar məlumat verib.

Həmin obyektlər əsasən, Qoçüstü məhəlləsindəki ” 57 bazarı” adlana ərazidə yerləşir. Sabiq  nazir işdən çıxarıldıqdan sonra, bu obyektlərə nəzarəti, keçmiş yerli hakim ailə Talıbovlar ələ keçirmişdi.

Sahibkarlar deyir ki, təxminən 10 gün öncə onlara xəbərdarlıq edilib ki, kirayə haqları yenidən Əhməd Əhmədova çatdırılacaq. Sahibkar A. Məmmədov bildirir ki, onlara yeni qayda ilə bağlı xəbərdarlığı keçmiş nazirin qardaşı Əvəz Əhmədov edib: “Bir neçə ildir ki, burada mağaza götürüb, ticarətlə məşğul oluram. On gün əvvəl bir nəfər əlində sənəd gəlib dedi ki, bu mağazalar Əhməd Əhmədovundur, bundan sonra kirayə pullarını bizə verəcəksiniz. Adam gedəndən sonra öyrəndim ki, keçmiş nazirin qardaşı Əvəz Əhmədovdur. İndi, aylıq kirayə pulunu kimə verəcəyimizi, başımıza nələr gələcəyini bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə.”

Həmin ərazidə ticarətlə məşğul olan C. Quliyev də deyilənləri dəsdiqləyib:

“Bəli, bir neçə gün əvvəl Əhmədin qardaşı Əvəz gəlmişdi. Əlində sənədlər var idi. Dedi ki, “bu obyektlər bizimdir. Bundan sonra kirayələri bizə verəcəksiniz”.

“57 bazarı” adlanan ərazidəki bütün obyektlər 2008-ci ilə kimi Arzu Kazımov adında sahibkara məxsus olub. Daha sonra, Talıbovlar bu ərazini zorla ələ keçirib. Həmin prosesdə Əhməd Əhmədov öz zorakılıqları ilə yadda qalıb. Bu “əməyinin” qarşılığında Vasif Talıbov ona həmin ərazidə  bir neçə obyekt tikməyə icazə vermişdi.

Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, bir müddət sonra isə həbs edilib.

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə o, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Əslində isə, onun Ali Məclisin keçmiş sədri Vasif Talıbova xəyanət etdiyinə görə cəzalandırıldığı bildirilirdi. Hazırda Naxçıvan Diaqnostika Mərkəzində müalicə alan keçmiş nazir bu günlərdə həbs qərarından kassasiya şikayəti verib. Onun tezliklə azadlığa çıxacağı gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button