ManşetSosial

Ağdaşda şöbə rəisi ilə vəkil arasında qalmaqal: Şaiq Məmmədov vəkilin ofisinə basqın edib? –VİDEO

“Ağdaş İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluqlar edir. Buna görə məhkəmə qətnamələri qərəzli olaraq icra edilmir süründürməçliyə məruz qalmışıq”. Bu sözlər Ağdaş rayonu Dəhnəxəlil kənd sakini Mahmudova İnci Əlican qızının JAMAZ.İNFO-nun elektron poçtuna göndərdiyi məktubdandır.

O yazır ki, Ağdaş rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(014)-47/2022 saylı qətnaməsi ilə Məhərrəmov Sübhan Fərzalı oğlu ilə birgə nigahımız pozulub. “Himayəndə olan iki azyaşlı uşağın yetkinlik yaşalrına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment alınaraq mənə verilməsi qət edilmişdir. Həmçinin Ağdaş rayon Məhkəməsinin 13.06.2022-ci il tarixli e-2(014)-831/2022 saylı qətnaməsi ilə cavabdeh Məhərrəmov Sübhan Fərzalı oğlundan 38.130 (otuz səkkiz min bir yüz otuz) manat məbləğində pul alınaraq mənə verilməsi qət edilmişdir”.

Onun sözlərinə görə, Sübhan Mahmudov məhkəmə qətnamələrini icra etmir. “Baxmayaraq ki, məhkəmə qətnamələrini tam icra etməyə onun geniş maddi imkanı var. Lakin Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutaraq, borclu Sübhan Mahmudovun barəsində cinayət işinin başlanılmasına açıq-aşkar maneələr yaradır. Çünki onlar anlaşmaya gedib, gözdən pərdə asmaq üçün Sübhan Mahmudovun barəsində iki dəfə inzibati qərar çıxarıb”.

İnci Mahmudova bildirir ki, məhkəmə qətnamələrinin icrası üçün tədbir görülməsini Şaiq Məmmədovdan xahiş etdikdə onu və atasını söyərək, təhqir edib. “O, belə tərbiyəsizliyi tək bizə yox çoxlarına qarşı edir. Bunun subutu kimi təqdim edilmiş videoya baxanda aydın görünür ki, Şaiq Məmmədov cəzasızlıqdan azğınlaşaraq hegomonluq və özbaşınalıqlar edir. Videoda görünən odur ki, Şaiq Məmmədov vəkilin ofisinə gedərək, onu təhdid edib, nalayiq küçə söyüşlər işlədir”.

Ağdaş sakini ədliyyə naziri Fərid Əhmədovdan xahiş edib ki, bu məsələdə ona yardımçı olsun.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

https://www.youtube.com/watch?v=zrLK1xlmVsI

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button