GündəmManşet

Ağdam yolu açılır, Qarabağa qaz və işıq da Bakıdan veriləcək: daha nələr nəzərdə tutulub?

Xəbər verildiyi kimi, dünən Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib. JAMAZ.İNFO xəbər verir ki, həmin iclasda Arayik bir sıra şərtlərlə razılaşıb.

“Hraparak” qəzetinin yaydığı xəbərə görə, separatçıların rəhbəri Ağdam yolunun açılması barədə razılaşdıqlarını deyib. “Lakin o, bu razılaşmanın kiminlə və harada əldə etdiyini açıqlamayıb”.

Həmin məlumata görə, Harutyunyan və Samvel Babayanın adamı olan və bu yaxınlarda özünə silahlı milis dəstəsi yaratmış Karen Matevasiyana həvalə edilib ki, Xankəndi-Ağdam yolu üzərində quraşdırılmış beton piltələri söksün. “Matevasiyana tapşırılıb ki, Ağdam yoluna qarşı çıxanlara qarşı cəza tədbirləri də göər bilər”.

“Hraparak” qeyd edir ki, Harutyunyan Ağdam-Xankəndi yolu ilə hansı məhsulların daşınacağını da qeyd edib. “Həmin yolla tikinti materialları, dizel yanacağı, dərmanlar gətiriləcək. Ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu vasitəsilə gətiriləcək. Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. Paralel olaraq, Qarabağda yaşayan ermənilərin hərəkəti də məhdudlaşdırılacaq”.

Erməni qəzeti maraqlı bir neçə məsələyə də toxunub. “Hraparak” iddia edib ki, Arayik Azərbaycandan alınacaq qaz və elektrik enerjisi məsələsinin də növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib. “O bildirib ki, Azərbaycan bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşi yolunun istismara verilməsini tələb edir. Söhbət Qarabağdakı “Nənə və Baba” heykəlinin altından keçən məşhur dolama yoldan gedir. Bu məsələləri təşkil etmək üçün yaxın vaxtlarda yenidən görüşəcəklərini də qərara alıblar”.

Erməni nəşri sonda onu da bildirib ki, yaxın günlərdə Samvel Babayanın rəhbərlik etdiyi nümayəndələr Azərbaycan tərəfi ilə görüşəcəklər. Görüşün Bərdədə baş tuta biləcəyi ehtimal edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button