ManşetSiyasət

Adil Əliyev Suraxanıya niyə icra başçısı göndərildi?

Parlamentin vitse-spikeri Adil Əliyevin Suraxanı İcra Hakimiyyətinin başçısı təyin olunması bir çoxlarının təəccübünə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, bir çoxları bunu Əliyevin “vurulması” kimi təqdim etsə də, işin içində başqa bir işin olduğunu düşünənlər də az deyil.

Çünki böyük əksəriyyət hesab edir ki, Adil Əliyev ölkədə səlahiyyət baxımından çox önəmli postunu kiçik bir vəzifəyə səbəbsiz dəyişməzdi. Bəs, səbəb nədir?

JAMAZ.İNFO-ya verilən məlumatlarda deyilir ki, Adil Əliyev Suraxanıda uzun zaman qalmayacaq. Daha doğrusu, COP29-dan sonra onu yeni təyinat gözləyir. Elə vitse spikerlikdən icra başçısı vəzifəsinə enməsi də həmnin təyinatla bağlıdır.

Düzdür, mənbələr Əliyevin nazir və ya daha yüksək post sahibi olacağını düşünmürlər. Lakin onun ölkə üçün önəmli postlardan birinə təyinat alacağını istisna etmirlər. Həmin önəmli post isə ölkənin siyasi və ictimai həyatının əsas mərkəzi olan Bakının icra başçısı olmasından ibarətdir. Bu barədə verilən məlumatlarda deyilir ki, Adil Əliyev ən geci yeni ilin mart ayına kimi, Eldar Əzizovu əvəzləyəcək. Elə bu səbəbdən də onu Bakının rayonlarından birinə icra başçısı təyin ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button