DünyaManşet

ABŞ səfirliyi vətəndaşlarına müraciət etdi: “Qarabağa səfər etməyin, M2 və M17 yollarından uzaq durun”

ABŞ-ın Ermənistandakı səfirliyi dünən bu ölkədə yaşayan və işləyən Amerika vətəndaşlarına xüsusi müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, müraciət həmin şəxslərin şəxsi e-mail ünvanlarına və ya mobil telefonlarına göndərilib.

Həmin müraciətdə bildirilib ki, ABŞ vətəndaşları Ermənistan ərazisindən keçən M2 (Gorus-İrəvan) və M17 (David Bek-Karahuç, Qafan-Çakaten) yollarından mümkün qədər uzaq dayansınlar və vacib olmadığı təqdirdə həmin yollardan istifadə etməsinlər.

Bundan başqa, səfirli ölkə vətəndaşlarının diqqətinə onu da çatdırıb ki, onlar Qarabağa səfər etməkdən maksimum dərəcədə yayınmalıdırlar.

ABŞ-ın Ermənistandakı səfirliyinin bu xəbərdarlığı qeyd olunan ərazilərdə vəziyyətin qeyri-stabil və təhlükəli olması ilə əsalandırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button