ManşetÖlkə içi

ABŞ-ın səfirliyi xəbərdarlıq etdi: “Azərbaycanla sərhəddə getməyin”

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib. JAMAZ.İNFO xəbər verir ki, səfirlik bu gün bununla bağlı məlumat yayıb.

Həmin məlumatda deyilir ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələri təhlükəlidir və Amerika vətəndaşları mümkün qədər bu ərazilərdən uzaq durmalıdırlar.

Səfirlik bununla əlaqədar “təhlükəli zona” kimi ərazilərin adlarını da qeyd edib. Onlar Azərbaycanla sərhəddə yerləşən Geqarkunik (Basarkeçər rayonu), Zəngəzur əyalətində Gorusun şərqi və Qafanın cənubu, Naxçıvanla sərhəddə olan Arazdəyən kəndi əraziləridir. “Biz vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa çağırırıq”.

P.S. ABŞ səfirliyinin belə bir xəbərdarlıq yaymasının səbəbi məlum deyil. Ona görə ki, hal hazırda Azərbaycan-Ermənistan sərhəddində hər hansı gərginlik müşahidə olunmur. Əksinə, uzun zamandan bəri erməni tərəfi təxribatlarına ara verib. Görünür, amerikalılar ermənilərin yeni təxribatlara hazırlaşdıqlarından xəbərdardırlar və bu səbəbdən də ABŞ vətəndaşlarını sərhəddən uzaq durmağı çağırırlar.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button