CəmiyyətManşet

ABŞ ermənilərlə azərbaycanlıların birgə yaşama təşəbbüsləri üçün pul ayırdı: ilkin olaraq 150 min dollar

ABŞ Dövlət Departamenti Ermənistana 150 min dollar pul ayırıb. JAMAZ.İNFO xəbər verir ki, ayrılmış vəsait bir sıra məsələlərə, xüsusən də Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normmallaşması prosesinə sərf olunacaq.

Məlumatda qeyd edilir ki, 150 min dollar ilkin vəsaitdir. Bundan sonra, proses QHT-lər səviyyəsində tənzimlənəcək. Belə ki, Dövlət Departamenti üç ölkə arasında münasibətlərin normallaşdırılması, əlaqələrin qurulması və xalqlar arasında etimadın bərpa edilməsi üçün QHT-lərə qrant ayırmağa hazırdır. “Hesab edirik ki, ermənilərlə Türkiyə və Azərbaycan əhalisi arasında münasibətlərin bərpası və dostluq əlaqələrinin yaradılması üçün geniş potensial var. Ona görə də, bu təşəbbüsləri dəstəkləmək məqsədi ilə ABŞ-ın Ermənistandakı səfirliyinin xətti ilə yerli QHT-lərə qrantlar ayaırmağı nəzərdə tutmuşuq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button