ManşetSiyasət

Abbas Cuma: “İranın iki “qırmızı xətti” var”

“İran İsrailin istənilən formada və istənilən sayda bölgədə mövcudluğundan son dərəcə narahatdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri jurnalist Abbas Cuma deyib.

Onun sözlərinə görə, Bakı ilə Təl-Əviv arasında diplomatik əlaqələrin mövcudluğu və digər sahələrdə əməkdaşlıq İranın narahatlığı üçün əsas yaradıb. “Burada İsrail xüsusi xidmət orqanlarının nümayəndələrinin Azərbaycanda işləməsi də həmin amillərdən biridir. Bütün bunlar kifayətdir ki, İran bundan narahat olsun. Eyni zamanda, bu təhlükənin qarşısını almaq üçün lazımi tədbirləri görməyə hazır olsun”.

Abbas Cuma onu da deyib ki, İran ərazi məsələsindən, xüsusən də Azərbaycan və Türkiyənin Zəngəzurdan dəhliz açmaq və sərhədləri yenidən çəkmək niyyətlərindən də çox narahatdır. “İran dəfələrlə bildirib ki, bu, onun başqa (İsrail faktoru ilə birlikdə) “qırmızı xətti”dir. Tehran daim Ermənistanla ticarət əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu və əksinə, bu planlara mane olmağın yolverilməzliyindən danışır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button