ManşetSiyasət

Abbas Cümə: “Zəngəzur dəhlizinin açılması İranın strateji əhəmiyyətini itirməsi deməkdir ”

“Azərbaycan və Türkiyə Ermənistanı aktyor kimi qəbul etmirlər. Amma İran həqiqətən problemdir. Çünki o, güclü ordusu və dəqiq, möhkəm mövqeyi olan, o cümlədən Zəngəzur dəhlizii boyu güclü regional dövlətdir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri ekspert-jurnalist Abbas Cuma deyib.

O bildirib ki, Tehran dəhliz layihəsi ilə bağlı dəfələrlə bəyanat verib. “Zəngəzur dəhlizi İranın milli maraqlarına ziddir, çünki bu halda İran Ermənistanla birbaşa sərhəd əlaqəsini, bütün regionda, Qafqazda nüfuzunu itirə bilər. Bu, avtomatik olaraq İran üçün NATO və İsrail təhlükəsi də yaradacaq. Bundan əlavə, bu, İran üüçün iqtisadi ziyanla dolu bir layihədir. Belə ki, İran strateji əhəmiyyətini və Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsündəki rolunu itirə bilər və ya ən azından bu nəhəng layihədə rolu azalacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button