ManşetSosial

94 yaşlı veteranın torpağını əlindən alıblar- İsmayıllıda

İsmayıllı rayonu İstisu kənd sakini, faşizmə qarşı müharibədə iştirak etmiş veteran, 2-ci dərəcəli əlil Əmirov Sədrəddin Seyfəddin oğlu yerli bələdiyyədən şikayətçidir. JAMAZ.İNFO-ya müraciət edən  94 yaşlı veteran, icarəyə götürdüyü torpağın əlindən alındığını deyir.

O bildirir ki, İstisu Bələdiyyəsindən müqavilə əsasında 3 hektar torpaq sahəsini icarəyə götürüb. Amma icarə müqaviləsinin müddəti bitmədən bələdiyə sədri Zöhrə Şalbuzova vəzifəsindən sui-istifadə edərək, həmin torpaq sahəsini başqa şəxslərə satıb. “Hansı ki, mən müqavilənin şərtlərini pozmamışam. Topağı əkib-becərib, məhsul götürmüşəm. Vaxtlı- vaxtında da icarə pulunu ödəmişəm”.

Sədrəddin Əmirov onu da deyir ki, torpaq onun əlindən alınanda hjəmin sahədə biçilməmiş taxılı olub.

94 yaşlı İsmayıllı sakini yazır ki, Zöhrə Şalbuzova İsmayıllı rayonunun Sumaxallı, Qalacıq və İstisu kəndlərinin bələdiyyəsinin sədridir. “O, uzun illərdir bələdiyə sədri olsa da, heç bir iş görməyib. Yalnız torpaq sahələrinin satışından, icarəsindən və vergi pulundan əldə olan vəsaiti öz xeyrinə xərcləməklə məşğuldur. Əgər onun fəaliyyəti təftiş edilərsə, qanunsuz əməlləri təsdiqini tapacaq”.

Müharibə veteranı sonda saytımız vasitəsi ilə dövlət başçısına müraciət edərək, ondan kömək istəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button