ManşetSiyasət

9 noyabrda Bakı və İrəvan sülh sazişi imzalayır? – 1920-ci ilin xəritəsinə əsasən

Ermənistan və Azərbaycan arasında noyabrın 9-da daha iki sənəd imzalanacaq. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə “Aliq Media” çıxış edib.

Sayt yazır ki, həmin görüş Moskvada keçiriləcək və məlumatı isə onlar etibarlı diplomatik mənbələrdən alıblar. “Əgər hər hansı bir fors-major vəziyyət yaranmasa, hər iki sənədi İlham Əliyev və Nikol Paşinyan tərəfindən Vladimir Putinin vasitəçiliyi ilə imzalayacaqlar. Hər iki sənəd yekun sənəd hesab olunur”.

“Aliq Media”nın xəbərinə görə, birinci sənəd sərhədlərin delmitasiya və demarkasiyanı özündə ehtiva edir. “Bu sənədə əsasən Azərbaycan və Ermənistan bir birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. Sərhədlərin müəyyən edilməsi prosesi isə SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci illərə aid xəritəsi ilə aparılacaq. Putin bir qədər əvvəl bu xəritələr barəsində səbəbsiz yerə danışmayıb”.

Sayta görə, ikinci sənəd kommunikasiyalar və yolların açılması ilə bağlıdır. Belə ki, bir müddətdir Üştərəfli İşçi Qrupu görüşlər keçirir. “Artıq kommunikasiyaların açılması məsələsində heç bir ciddi problem qalmayıb və demək olar ki, hər şey razılaşdırılıb. Buraya yol-dəhlizin açılması, o cümlədən Azərbaycanla Naxçıvan arasında yolların açılması daxildir”.

Erməni saytı iddia edir ki, 9 noyabr tarixinin seçilməsi təsadüf deyil. “Bir il əvvəl məhz həmin gün müharibə dayandırılıb və tərəflər razılaşma imzalayıblar”.

“Aliq Media” bu gün imzalanması gözlənilən hər iki sənədlə bağlı, o cümlədən Qarabağın və yol-dəhlizin statusu ilə bağlı geniş məlumat yayacağını bildirib.

Qeyd edək ki, erməni saytının yaydığı məlumatın nə qədər real olduğunu demək çətindir. Hərçənd JAMAZ.İNFO bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında noyabrın son 10 günlüyündə sülh sazişinin imzalanacağı barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, məsələ tərəflər arasında razılaşdırılıb və görüşün hansı şəhərdə keçirilməsi barədə yekun razılıq yoxdur.

Qaldı erməni saytın yazdığı kimi, sərhədlərin 1920-ci ilin xəritəsi ilə müəyyən edilməsi, bu inandırıcı deyil. Bu o deməkdir ki, bütün Zəngəzur Azərbaycana verilməlidir. Belə bir şeyə nə Ermənistan, nə də Rusiya razı olar. Üstəlik, İran da var işin içində. Böyük ehtimalla sərhədlər 1975-ci il xəritəsinə əsasən müəyyən olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button