ManşetSiyasət

44 günlük müharibə Qafqazın geosiyasi vəziyyətini necə dəyişib? – SERGEY MARKEDONOV DETALLARI AÇIR

Rusiya XİN-i yanında Beynəlxalq Əlaqələr İnstitutunun aparıcı mütəxəssisi, “Beynəlxalq analitika” jurnalının baş redaktoru və tanınmış politoloq Sergey Markedonov “44 günlük müharibədən sonra Qafqazda geosiyasi dəyişiklik” adlı məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, politoloq bir çox məsələlər toxunub, bölgədə dəyişən geosiyasi vəziyyəti təhlil edib.

Markedonov yazır ki, 44 günlük müharibədən sonra Azərbaycan itirdiyi torpaqlarını geri qaytarıb. “Bundan sonra ilk ortaya çıxan plan isə sərhədlərin demarkasiya və delmitasiyası ilə bağlıdır. Yenə də Qarabağ münaqişənmin mərkəzində dayanıb. Lakin bu dəfə Azərbaycan və Ermənistanın yeri, habelə məsələnin formatı dəyişib”.

O qeyd edir ki, Ermənistan 2020-ci ilin payızına qədər özünü Qafqazın ən güclüsü hesab edirdi. “Lakin müharibədəki məğlubiyyəti onun imicini yerlə bir etdi. Hazırda onun xarici oyunçulardan, o cümlədən Azərbaycan və Türkiyədən, asılılığı ölçüyəgəlməz dərəcədə artıb”.

Markedonov hesab edir ki, hazırda Azərbaycan tam qələbə çalmayıb. “Bakı “DQR”i tamamilə sıradan çıxara bilməyib. Öz ərazisində hələ də tanınmamış bir “rejim” var və o hələ də yaşayır. Orada Azərbaycan hərbçiləri, polisi, idarəetmə orqanları yoxdur. Hələ də həmin ərazidən büdcəyə bir qəpik də olsa vergi daxil olmur, orada indi də Ermənistan təhsilnə uyğun dərslər keçirilir. Xankəndi və ətrafında erməni pulu işləyir, hətta hərbi birləşmələr var”.

Rus politoloq vurğulayır ki, 44 günlük müharibədən sonra Azərbaycanın Türkiyədən asılılığı daha da artıb. “Bu gün Azərbayca Ordusunu hazırlamaq, onu silahla təhciz etmək və hərbi məsələlərin hamısını Ankara planlaşdırır. Hal hazırda Ankara Bakını ŞKTC-ni tanımasını istəyir. Eyni zamanda, Ankara Bakını Pakistanla müttəfiqliyə, Aralıq Dənizində və Əfqanıstan məsələsində onlarla birlikdə olmalarına çalışır. Lakin Azərbaycan islam ideologiyası ilə yüklənmiş alyansda olmaqdan ehtiyat edir. Eyni zamanda, əsasən “sünni dövlətləri”nin ittifaqında olmaqdan çəkinir. Çünki əhalisinin böyük hissəsi şiələr təşkil edir”.

Markedonova görə, Ermənistan bu gün faktiki olaraq özünün maksimalist prinsiplərindən imtina edib. Onun sözlərinə görə, “təhlükəsizlik kəməri”ni geri qaytarmaq üçün İrəvanın təkbaşına heç bir gücü yoxdur. “Bunun üçün nə müttəfiqi Rusiya, nə də Qərbdən heç bir dəstək ala bilmir. Ona görə də, Ermənistan iki prinsipial məsələyə köklənib: Birincisi, Qarabağın status məsələsini gündəmdə saxlamaqdır. İkincisi isə Azərbaycanla sərhədlərinin tam demarkasiyasıdır. Status məsələsini davamlı olaraq dilə gətirən həmsədrlərdən yalnız Fransadır. Rusiya üçün isə hazırda ən vacib məsələ demarkasiya və delmitasiya prosesinin tez bir zamanda başa çatması və kommunikasiyaların açılmasıdır”.

O bildirir ki, emosiyaları bir kənara qoyaraq demək olar ki, 44 günlük müharibə Rusiyanın Qafqazdakı mövqelərini xeyli zəiflədib. “Əgər 2020-ci ilin payızına qədər Rusiya Abxaziya və Osetiyadakı hərəkətlərindən dolayı Qərbin nəzərində əsas güc idisə, hazırda bu yanaşma yoxdur”.

Markedonov Türkiyənin güclənən mövqelərindən də bəhs edib. O vurğulayır ki, müharibədən sonra Türkiyə Qafqazda mövqelərini kifayət qədər gücləndirib. “O özünü müstəqli aktor, heç kimlə hesablaşmadan addım atan tərəf olaraq göstərdi. NATO üzvü olmasına baxmayaraq, Ankara Qafqazda əsas oyunçulardan biri olmaqla yanaşı, həm də özünün bir çox maraqlarını təmin edən tərəfə çevirildi. İkincisi, Azərbaycan Rusiyanın razılığı olmadan bölgədəki status-kvonu dəyişdirdi. Üçüncüsü, Rusiyanın müttəfiqi olan Ermənistan darmadağın edildi və güzəştə məcbur vəziyyətə salınıb. Politoloq Nikolay Silayevin təbirincə desək, 44 günlük müharibə Rusiyanın imicinə ciddi zərbə idi”.

Rus politoloq qeyd edir ki, əgər Qərb Rusiyanın müharibədən sonra Qarabağda təkbaşına addım atmasına etiraz etsəydi və bu prosesə qoşulmaq üçün cəhdlərə baş vursaydı, o zaman bu gün Minsk Qrupu yox idi. “Onlar öz legitimliklərini saxlamaq üçün Rusiya ilə razılaşmalı oldular”.

Markedonov baş verənlərin fonunda Moskvanın artıq Qafqaza liderlik etmək məsələsindəki inhisarçılığından məhrum olduğunu deyir. “Bundan sonra Rusiya  əksər məsələlərdə Türkiyənin maraqları və mövqeyini nəzərə alaraq, addım atmalıdır. Eyni zamanda, Qarabağ ətrafındakı vəziyyət Moskva ilə Ankaranın da eyni mövqelərə malik olmadan bir -biri ilə qarşılıqlı əlaqə qurmaq məcburiyyətində qaldığı Suriya ilə əlaqəlidir. Və Rusiyanın Ankaranın Qafqazdakı mövqelərinə təzyiq göstərmək üçün Suriya resurslarından istifadə etmək imkanı mövcuddur. Ancaq oxşar alqoritmin yalnız Türkiyə tərəfdən Rusiyaya tətbiq edilməsi ehtimalı da az deyil”.

O Rusiyanın bölgədəki yeni siyasəti barədə də qeydlər edib. Politoloq hesab edir ki, bu gün Moskva, Bakı ilə İrəvanı sülh prosesinə çəkmək üçün qeyri-siyasi (praqmatik) bir yol olaraq nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmağa çalışır. “Rusiya Qarabağın statusu məsələlərini müzakirə etmir. Eyni zamanda Kreml göstərir ki,o məsələnin zorla həllində maraqlı deyil. Rusiyanın ən yüksək vəzifəli şəxslərinin açıqlamalarına görə, status problemi gələcəkdə qarşılıqlı faydalı və kompromis əsasında həll edilə bilər”.

O məqaləsinin yekununda yazır ki, Azərbaycan Qarabağın yerdə qalan hissəsində öz hakimiyyətini bərpa etməkdə israrlıdır. “Orada Rusiya sülhməramlı qüvvələrini də müvəqqəti hesab edir və bunu açıq şəkildə dilə gətirir. Bunun üçün rus sülhməramlılarının 5 illik mandatının bitməsini gözləyir. Rusiya 2025-ci ildən sonra bu məsələdə necə davranacaq, məlum deyil. Lakin görünən odur ki, Rusiya bundan imtina edə bilməyəcək. Çünki Türkiyə ilə ortaq mövqeləri və maraqları həddindən artıq çoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button