DünyaManşet

400 min insan mühasirədə, ruslar humanitar yardım maşınlarını da atəşə tuturlar

Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. JAMAZ.İNFO xəbər verir ki, Ukraynada sözün həqiqi mənasında fəlakət yaşanır.

Kadırovçular 12 rus yaralı əsgəri güllələyib

Verilən xəbərlərə görə, bu gün yerli vaxtla 16:00-da Çeçenistan prezidenti Ramazan Kadırovun Rusiya ordusundakı hərbi qüvvələri, “Kadırovçu”lar kimi tanınan qruplaşmanın üzvləri 12 yaralı rus əsgərini güllələyərək, öldürüblər. Məlumata görə, həmin yaralı əsgərlər Belarusiyaya evekusaiya olunmalıydılar. “Öldürülən yaralı əsgərlər 06705 saylı hərbi hissənin əsgərləri olublar. Onlar Zabaykalye diyarının Borzya şəhərindən Ukraynaya dislokasiya olunubmuşlar”.

Volnovaxi şəhəri artıq yoxdur

Volnavaxi şəhəri faktiki olaraq mövcud deyil. Şəhərin bütün infrastrukturu məhv edilib. JAMAZ.İNFO xəbər verir ki, bunu Donetski vilayəti hərbi admnistrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

Onun sözlərinə görə, Volnavaxi rayonu fevralın 24-dən döyüş meydanına çevrilib. “Həmin vaxt şəhərdə 100 min insan yaşayırdı. Onların böyük əksəriyyəti evekusaiya olunub. Lakin hazırda şəhər yoxdur. Bütün infrastruktur dağıdılıb”.

Kirilenko qeyd edib ki, faktiki olaraq şəhər ətrafında döyüşlər gedir. Ukrayna ordusu rusların şəhərin xarabalıqlarına girməsinə imkan vermirlər.

Ukrayna ordusu Mariupolda mühasirəni yardı

Hazırda mühasirədə olan Mariupol şəhəri uğrunda şiddətli döyüşlər gedir. Bu gün səhərdən etibarən Rusiya ordusu şəhəri ələ keçirmək üçün aramsız hücumlara başlayıb. Lakin axşam saatlarında Ukrayna ordusu rusların mühasirəsini yararaq, onları itkiyə məruz qoyub.

İlkin məlumatlara görə, hücumların dəf edilməsi zamanı 15 rus əgəri öldürülüb.

400 min insan ac və susuz, həm də mühasirədə

Mariupol şəhərində hazırda 400 min insan yaşayır. Onlar bir həfətyə yaxındır mühasirədədirlər. Rəsmi Kiyevin məlumatına görə, şəhərdə nə su, nə də ərzaq var. Rusiya ordusu isə insanların evekuasiya edilməsinə icazə və imkan vermir.

Bu əsnada məlum olub ki, ruslar Mariupol şəhərinə humanitar yardım aparan maşın kalonuna atəş açıblar. Lakin kolon dayanmayıb. Onların hərəkətini görən rus hərbçiləri əsas yolun üzərindəki körpünü partladaraq, onların qarşısını kəsiblər.

Bundan başaq, ruslar Poloqi şəhərinə gedən humanitar yardım maşınlarına da hərəkət etmək iczaəsi verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button