DünyaManşet

4 sərhəd kəndi tamamilə boşalıb: ermənilər yaşayış yerlərini tərk ediblər- FOTOLAR

Son sentyabr toqquşmalarından sonra Ermənistanın Azərbaycanla sərhəddə yerləşən 4 kəndinin əhalisi yaşadıqları yeri tərk ediblər. JAMAZ.İNFO xəbər verir ki, erməni mətbuatı həmin kəndlərdə əhalinin yaşamadığı barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin kəndlərdən ikisi Basarkeçər rayonunun Yyuxarı və Aşağı Şorca kəndləridir. Ötən ilin 13-14 sentyabr döyüşlərindən sonra kəndin yaxınlığındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu dəyişiklik nəticəsində əsas su hövzələri, habelə yüksəkliklər də nəzarətə alınıb. Nəticədə, həmin kəndlərdə yaşamaqdan imtina edən erməni əhalisi evlərini tərk edərək, rayon mərkəzinə və İrəvana köçüblər.

Əhalisi tərk edən kəndlərdən biri də Zəngəzur mahalında yerləşən Kut kəndidir. 4-cü kənd isə Zod kəndidir ki, oradan əhalinin köçü son döyüşlərdən sonra intensiv şəkil alıb. Və bir neçə gün bundan əvvəl isə tamamilə boşalıb. Ərazidə yalnız mədəndə işləyən fəhlələr gözə dəyir ki, onların da çoxu kənddə deyil, Cermuxda yaşamağa üstünlük verirlər.

Bundan başqa, Ayrik, Cağatsadzor, Kutakan, Pokr Masrik və daha bir neçə kənddə də əhalinin köçü sürətlənib.

Su hövzələrinə nəzarəti itirən ermənilər Yuxarı Şorca-Ayrik yolunda işləyən SES-in də imkanlarından məhrum olublar. Çünki həmin stansiya fəaliyyətini tamam dayandırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button