ManşetÖlkə içi

35 min erməninin pensiya yığımları yoxa çıxıb: separatçılar pulu axtarır

Bu günlərdə məlum olub ki, 2023-cü ilin martından sentyabr ayına qədər Qarabağda yaşamış 35 min erməninin pensiya yığımları köçürülməyib. Həmin pulların isə naməlum istiqamətdə xərcləndiyi qeyd edilib. JAMAZ.İNFO xəbər verir ki, İrəvanda nəşr olunan “Joqovurd” qəzeti bu barədə məlumat yayıb.

Həmin məlumatda deyilir ki, separatçıların bir qismi bundan xəbər tutan kimi, təcili toplaşıblar. Qondarma “deputat”lar bir araya gələrək, qərar veriblər ki, həmin pulların nəyə xərcləndiyini müəyyən etmək üçün “komissiya” yaratsınlar. Həmçinin onlar bu pulların kimlər tərəfindən xərcləndiyini də müəyyən etmək arzusundadırlar.

Qeyd edək ki, həmin pulların hara yoxa çıxması, kimlər tərəfindən mənimsənilməsi üçün hansısa komissiya və sairə yaratmağa gərək yoxdur. Həmin dönəmlərdə separatçıların başında duranlar real vəziyyəti bilirdilər. Ona görə də, nəinki pensiyaçıların, elə digərlərinin də pullarını “silah almaq”, “ruslara hədiyyə vermək”, “müdafiəni gücləndirmək” adı altında özlərinə götürüblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button