GündəmManşet

“20 yanvarda Sovet qoşunlarını Bakıya mən çağırmamışdım” – Artur Rasizadə

Hər il 20 yanvar qətliamının ildönümündə ictimaiyyət 1990-cı ildə Sovet qoşunlarının Azərbaycana kimin çağırdığını müzakirə edir. Bu sırada 1990-cı ildə Azərbaycan rəhbərliyində təmsil olunmuş Əbdürrəhman Vəzirov, Vaqif Hüseynov, Ayaz Mütəllibov, Həsən Həsənov, Artur Rasizadə və digərləri ittiham olunur.

Jamaz.info xəbər verir ki, hadisələr zamanı Baş nazirin müavini postunda çalışmış Artur Rasizadə Modern.az-a verdiyi ötən müsahibələrinin birində bu məsələdə günahı olduğu barədı iddiaları qəbul etmədiyini vurğulayıb.

“Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə iddialar yalandır…”,- deyə hazırda 88 yaşı olan A.Rasizadə bildirib.

Xatırladaq ki, 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qətliam törədərkən Azərbaycanda aşağıdakı şəxslər rəhbər postları tuturdular:

Əbdürrəhman Vəzirov – Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi;
Ayaz Mütəllibov – Azərbaycan SSR Nazirlər Sovetinin sədri;
Vaqif Hüseynov – Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri;
Artur Rasizadə – Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini;
Müzamil Abdullayev Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini;
Həsən Həsənov – Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button