AraşdırmaManşet

1528 avroluq kəmər, 4500 avroluq kostyum, 740 avroluq ayaqqabı geyinən məmur – Fuad Muradov

Azərbaycan məmurlarının bahalı geyimlərə sahib olması, həddindən artıq dəbdəbəli həyat yaşamaları, ciddi maliyyə imkanlarına sahiblənmələri sirr deyil. JAMAZ.İNFO xəbər verir ki, illər ərazində adı korrupsiya və digər məsələlərdə hallanmayan bir məmur belə yoxdur.

Məhz bu səbəbdəndir ki, hələ xeyli əvvəldən etibarən dövlət vəzifəsi tutan məmurların çeşidli sərvətləri barədə xəbərlər yayılıb. Məsələn, SOCAR prezidenti Rövnəq Abdullayevin 7 ilə xidməti maşınlarına 3 milyon dollara yaxın pul xərcləməsi bu yaxınlarda gündəm olmuşdu. Bundan başqa, vitse spiker Adil Əliyevin oğluna məxsus bahalı maşın kolleksiyasına sahib olması da günün müzakirə mövzularından biri olub. Yəni, belə misalları çox saymaq olar.

Bu gün isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təkcə keyiminə xeyli miqdarda pul xərclədiyi məlum olub. JAMAZ.İNFO xəbər verir ki, ötən gün İstanbulda səfərdə olan Muradovun təkcə, 5 ulduzlu oteldə tədbir keçirmək üçün 90 min dollar xərclədiyi deyilir. Amma özünün konkret olaraq istirahəti üçün nə qədər pul xərclədiyi bəlli deyil. Güman etmək olar ki, elə tədbirə xərclədiyi qədər də öz otel xərclərinə pul sərf edib.

Amma İstanbulda keçirilən tədbirdə diqqəti çəkən bir məqam olub. Həmin məqam da Fuad Muradovun geyiminin qiyməti ilə bağlıdır. Belə ki, diaspora komitəsinin sədrinin geyindiyi ayaqqabının qiyməti 740 avro təşkil edir. “Louis Voitton” firmasının istehsalı olan bu ayaqqabıları “”Muradov hansı maaşla haradan əldə edib” sualını verməyəcəyik. Çünki bu, onun alacağı maaşla əldə ediləcək məhsul deyil.

Komitə sədrinin geyindiyi kəmər isə ayaqqabısının iki qat qiymətinədir. Belə ki, həmin kəmərin dəyəri 1528 avro təşkil edir. Bu kəmər dünyaca tanınmış “Hermes” firmasına məxsusdur.

Təbii ki, Fuad Muradovun geyindiyi kostyum, köynək, taxdığı qalstuk da ucuz mallar sırasına daxil deyil. Bəzi müşahidəçilər hesab edirlər ki, komitə sədrinin geyindiyi kostyum fransız şirkətlərindən birinin istehsalıdır. Həmin firmanın ən ucuz kostyumunun qiyməti isə 4500 avrodan başlayır. Elə köynək də brend şirkətlərə aiddir və onun da 1200 avro qiyməti olduğu bildirirlir.

Qeyd edək ki, belə geyim həvəsi təkcə sözügedən məmura aid deyil. Əksər məmurlar da bahalı geyim, keçimə üstünlük verirlər. Aydın məsələdir ki, Fuad Muradov da digər məmur yoldaşları kimi, bütün bunları əmək haqqısı hesabına əldə etməyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button