GündəmManşet

Əsirimizə qarşı “mühafizəçini öldürmə” ittihamı boş çıxdı: Erməni prokuror təkzib etdi

Xəbər verildiyi kimi, bu ayın əvvəlində iki Azərbaycan əsgəri dumana düşərək, yolu azıb Ermənistan ərazisinə keçmişdi. Hadisədən bir neçə gün sonra hər iki əsgərimiz ermənilər tərəfindən əsir götürüldü və işgəncəyə məruz qaldılar.

JAMAZ.İNFO xəbər verir ki, həmin vaxt Ermənistan tərəfi Zəngəızur Mis Molibden Kombinatının mühafizəçisinin guya, əsgərlərimiz tərəfindən öldürülməsi iddiasını ortaya atmışdılar. Hətta əsir götürülən əsgərlərimizə qarşı bu ittihamın irəli sürüləcəyini də bildirirdilər. Lakin Ermənistan Baş Prokurorluğu bu gün həmin iddiaları yalanlayıb.

Belə ki, sözügedən qurum bildirib ki, əsir götürülən Azərbaycan əsgərlərinin erməni mühafizəçini öldürməsi iddiası yalandır və bu məsələ ilə əsgərlərimiz arasında heç bir əlaqə yoxdur.

Amma erməni tərəfi başqa bir məsələni ortaya atıb. JAMAZ.İNFO xəbər verir ki, İrəvan rəsmiləri iddia edirlər ki, guya, Azərbaycan hərbçiləri yolu azmayıblar və qulluq etdikləri hərbi hissədə işgəncələrə məruz qaldıqlarından, qaçaraq, Ermənistana sığınıblar. Hazırda da bunun üçün “əsaslandırılmış zəmin” hazırlamağa çalışırlar. Yəni, əsir düşən əsgərlərimizdən belə bir ifadə almağa çalışırlar.

Qeyd edək ki, erməni tərəfi bu açıqlamadan sonra Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham etməyə başlayıblar. Onlar Paşinyanın Azərbaycan əsirlərini vermək üçün zəmin hazırladığı, mühafizəçinin öldülüməsini gizlətdiyini iddia ediblər. Yerli media isə İrəvan hökumətinin bu hərəkətini qorxaqlıq, ölüm faktını gizlətmə kimi təqdim etməyə çalışırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button