Xəbər verdiyimiz kimi, erməni silahlı dəstələri bu gün Gorus rayonunun Dığ kəndi istiqamətində təxribat törədib.
JAMAZ.İNFO xəbər verir ki, düşmənin itkiləri əvvəlcə 3 nəfər göstərilsə də, bu say artıb. “Hraparak”ın yazdığına görə, 20 dəqiqə davam edən döyüşlərdə Ermənistan tərəfi 4 əsgərini itirib. Yaralı sayı isə 20 nəfəri keçib. Yaralananlar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri, hazırda Gorus tibb mərkəzində əməliyyat olunan Armen Gözəlyan da var. Onun vəziyyətinin ağır olduğu bildirilir.