ManşetÖlkə içi

Əsgərimiz Şəhid oldu

Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhid olub. JAMAZ.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əsgər Sadıqov Qorxmaz Elşad oğlu qeyri-döyüş şəraitində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusuna məxsus hərbi yük avtomobilinin minaya düşdüyünə dair də xəbər yayılıb. Məlumatda bildirilir ki, hərbi maşın dünən gecə erməni diversantların zərərsizləşdirildiyi Yuxarı Ayrım kəndi yaxınlığında minaya düşüb. Hadisə nəticəsində hərbi qulluqçularımız arasında ölən və yaralananların olduğu deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button