ManşetSiyasət

Əliyev-Putin görüşü başladı

Soçidə bu gün keçirilməsi nəzərədə tutulan üçtərəfli görüş start götürüb. JAMAZ.İNFO xəbər verir ki, görüşdən əvvəl Rusiyanın prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşüb.

Putin bildirib ki, Qarabağda münaqişənin nizamlanmasına şərait yaradılması və insanların sülh şəraitində yaşaması üçün Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli danışıqlara ehtiyac var. O, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə Qarabağdakı vəziyyətin həlli üçün bir sıra məsələlərin müzakirə olunacağını qeyd edib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsini Rusiyasız həll etmək mümkün deyil. “Burada bizim sülhməramlılarımız da müsbət rol oynayır, Rusiya-Türkiyə atəşkəsə nəzarət mərkəzi fəal işləyir. Təəssüf ki, problemlər və insidentlər var. Məsələ təkcə, nə etmək lazımdır ki, belə şeylər yaşanmasından ibarət deyil. Əksinə, vəziyyəti sakitləşdirmək və regionda vəziyyəti elə keyfiyyətdə inkişaf etdirmək lazımdır ki, insanların sülh şəraitində yaşamasına və ölkələrin inkişafına imkan yaransın”.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində bildirib ki, il ərzində Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir ciddi insident baş verməyib. “Silahlı toqquşmalar, ciddi hadisələr baş verməyib.  Ara-sıra insidentlər olub. Hadisələr Azərbaycanla Ermənistan arasında sərhədə baş verib. Lakin bura rus sülhməramlılarının məsuliyyət zonası deyil. Amma bütün bunlar bizi diqqətlə nəzərdən keçirməyə və riskləri necə idarə etmək və minimuma endirmək barədə üçtərəfli format da daxil olmaqla danışmağa məcbur edir. Biz sizin rolunuzu, Rusiya Federasiyasının və təbii ki, Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Gələn il bu işlərdə biz yaxşı nəticələrə ümid edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button