ManşetÖlkə içi

Əliyev-Mişel-Paşinyan 15 iyulda görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişel arasında Brüssel görüşünün vaxtı açıqlanıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi iclasda deyib.

O bildiririb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş iyulun 15-də keçiriləcək. “Mən artıq bu görüşdə iştirak etməyimi təsdiqləmişəm. Ümid edirəm ki, bu görüşdə sülh danışıqları prosesində  ciddi irəliləyiş əldə edəcəyik”.

Ermənistanın baş naziri daha sonra vurğulayıb ki, iyulun 12-də sərhəddə Azərbaycan və Ermənistan sərhədlərinin delmitasiyası üzrə dvlət komissiyasının 4-cü dəfə görüşü keçirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button